Rusiya ordusu Krımı tərk edəcəyi vaxtı açıqladı

6 Mart 2014 18:13 (UTC+04:00)

“Rusiya hərbçiləri 25 May 2014-cü il tarixinə qədər Krımı tərk etməyə hazırlaşmır”.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri 5-ci ordunun komandanı , Cənub Hərbi Dairəsi Qoşunlarının komandan rəisi general-leytenant İqor Turçenyuk deyib.

İ.Turçenyuk həmçinin Ukraynanın Krımdakı silahlı qüvvələrini muxtar respublikanın yeni hakimiyyətinə sədaqət andı içməyə çağırıb.

Xatırladaq ki, 25 May 2014-cü il tarixində Ukraynada prezident seçkiləri keçiriləcək.

Ömər Dağlı