Bütün Qafqazin şeyxi İslam Konfransi Təşkilatının baş katibi ilə görüşüb

6 Mart 2014 22:42 (UTC+04:00)

Bütün Qafqazin şeyxi Hacı Allahşükür Paşazadə İslam Konfransi Təşkilatının baş katibi İyyad Mədənini iqamətgahında qəbul edib.

İslam Əməkdaşliq Təşkilati ilə fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayan Bütün Qafqazin şeyxi son illər münasibətlərin daha da sıx olmasından məmnunluq duyduğunu bildirib. Görüş qonağın şərəfinə təşkil olunmuş ziyafətlə davam edib.