"Liverpul"dan 28 milyonluq transfer bombası

24 İyun 2015 15:02 (UTC+04:00)

"Liverpul" heyətini yeni futbolçuyla gücləndirib.

Publika.az xəbər verir ki, "Qırmızılar" "Hoffenhaym"ın və Braziliya millisinin yarımmüdafiəçisi Roberto Firminonu heyətinə cəlb edib. Bu barədə "Liverpul"un rəsmi saytı məlumat yayıb.

Hazırda Çilidə təşkil edilən Amerika kubokunda iştirak edən Braziliya millisinin düşərgəsində olan Firmino, turnir bitdikdən sonra Liverpula gələrək, "Qırmızılar"la 5 illik müqaviləyə imza atacaq.

"Liverpul" 23 yaşlı braziliyalı futbolçunun transferi üçün 28 milyon funt-sterlinq xərcə düşüb.

Firmino son mövsümdə "Hoffenhaym"ın heyətində meydana çıxdığı 36 matçda 10 qola imza atıb.