Qadınların qəlbini fəth edən qorilla - FOTOLAR

26 İyun 2015 18:14 (UTC+04:00)

Avstraliya zooparkında doğulmuş qorilla yapon qadınları arasında populyarlıq qazanıb. Belə ki, Yaponiya heyvanxanasında yaşayan Şabani adlı qorilla o qədər yaraşıqlıdır ki, yapon qadınları məhz onu görmək üçün zooparka yollanır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qorilla Yaponiyaya 2007-ci ildə gətirlib və Naqoya şəhərində Hiqaşiyama zooparkı və Nəbatət bağında saxlanılır.

Şabani 8 il zooparka yaşamasına baxmayaraq, indi məşhurlaşmağa başlayıb. Zoopark rəhbərliyindən verilən məlumata görə, Şabanini görmək istəyən gənc yapon qadınlarının sayı gündən-günə artır.

Qorilla o qədər məşhurlaşıb ki, hətta onu "Twitter" sosial şəbəkəsində də müzakirəyə qoyublar və onu "çox yaraşıqlı" adlandırıblar.

Nura