FHN üç nəfəri xilas edib

28 İyun 2015 00:16 (UTC+04:00)

Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə) baş verib. Batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.