Qırmızı.az
Rusiya KİV-i: Qarabağda müharibə yanvar ayında başlaya bilər – ŞOK İDDİA
Dağlıq Qarabağda müharibə yanvarda başlaya
bilər.
Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın
“arqumenti.ru” saytı çıxış edib.
Sayt yazır ki, Qarabağ münaqişəsi ətrafında vəziyyət ağırlaşır:
“Praktiki olaraq hər gün Ermənistan və Azərbaycan KİV-lərində
siyasətçilər atəşkəsin pozulması haqda danışırlar. Eyni zamanda,
qurbanlar haqda məlumatlar yayılır. Ermənistan prezidenti Serj
Sarkisyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
Moskvada keçirilən iclasında bildirdi ki, İrəvan və Bakı arasında
müharibə istənilən vaxt başlana bilər. O, Rusiyaya KTMT-nin
Nizamnaməsini xatırlatdı və müharibə olacağı halda dəstək
gözlədiklərini dilə gətirdi”.
Rusiyanın hərbi-diplomatik mənbələrindən sayta bildirilib ki,
hazırda Qarabağ münaqişəsində gərginliyi aradan qaldırmaq üçün iki
plan var: “Birinci variantı ABŞ və Fransa təklif etdi. Bu, ATƏT-in
nümayəndələrini artırmaq və ərazinin müşahidəsini texniki
vasitələrlə aparmaqdan ibarətdir. Rusiya isə hesab edir ki, bu
kömək etməyəcək və təklif edirik ki, sülhməramlıların regiona daxil
edilməsi prosesi başlasın. Lakin Bakı buna qəti şəkildə etiraz
edir”.
Mənbə qeyd edib ki, məsələ ilə bağlı təcili qərar qəbul etmək
lazımdır: “Çünki Rusiya-Türkiyə münaqişəsindən sonra Cənubi
Qafqazda da böhran artır və regionda münaqişənin alovlanması
ehtimalı var. Bu, həm də Rusiyanı Suriyadan yayındırmağa xidmət edə
bilər”.
Asif Nərimanlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi























.jpg)














