ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” deyil”
Bizi izləyin

Nida.az

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” deyil”

“Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında təmas xəttində silahlı toqquşmalar bizdə narahatlığa səbəb olur”.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayer “İnterfaks”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya münaqişə ilə bağlı Minsk qrupunun səylərini dəstəkləyir: “Burada sülhün pozulması şəraitinin müəyyənləşdirilməsi üçün mexanizmin yaradılması əhəmiyyətli addım olardı”.

F. Ştaynmayer qeyd edib ki, Dağlıq Qarabağ “dondurulmuş” münaqişə deyil.

“Münaqişə ilə bağlı bu ifadəni qəbul etmirəm. Çünki orada insanlar əziyyət çəkir, regionun inkişafı dayanıb. Biz iqtisadi mübadilənin gücləndirilməsi ilə vəziyyətin sabitləşməsini, etibarın möhkəmlənməsini, insanların gündəlik həyatının yüngülləşdirilməsini planlaşdırırıq”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm