Nida.az
Erməni təxribatının pərdəarxası: iflasa uğrayan hədəflər - TƏHLİL
“Düşmən yerinə oturduldu”. Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi kimi, Azərbaycan mövqerlərinə təxribatçı hücum edən erməni hərbi birləşmələri layiqli cavabını aldı, düşmən yerində oturuldu. Hazırda cəbhədə yeni döyüşlərin getdiyi haqda məlumatlar var və Azərbaycan Ordusu düşmənə layiqli cavabı verir.
Əslində Ermənistanın təxribatçı mövqeyi təəccübləndirci deyil.
İndiyə qədər münaqişənin həlli ilə bağlı yaranmış situasiyaların
hər birində düşmən tərəfi cəbhədə təxribata əl ataraq, danışıqlar
prosesini pozmağa cəhd edib.
- 1998-ci ildə Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan
Azərbaycanın işğal olunmuş ərazilərini mərhələli şəkildə qaytarmaq
planı ilə razılaşdı. Lakin bu razılıq onun hakimiyyətdən
uzaqlaşdırılması ilə nəticələndi. 1999-cu ildə isə Qarabağ
münaqişəsinin həll edilməsi istiqamətində irəliləyişə nail olunduğu
bir vaxtda Ermənistan parlamenti gülləbaran edildi.
Bu, düşmən ölkənin kriminal rejim tərəfindən idarə olunduğunun sübutudur. Lakin bu kriminal rejim təkcə öz ölkəsi daxilində deyil, beynəlxalq birliyin münaqişənin həlli ilə bağlı addımlarını da baltalamaqla məşğuldur.
- 2014-cü ildə Parisdə Fransa prezidenti Ollandın iştirak ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə münaqişənin həllinə ümidlər yarandı. Lakin Serj Sarkisyan İrəvana qayıdan kimi Azərbaycanın işğal olunmuş ərazilərində 40 minlik ordu ilə hərbi təlimlərə başladı. Rəsmi Bakı əvvəlcə təmkinliyini qorusa da, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanını pozmasına sərt cavab verdi. Azərbaycan Ordusu düşmən helikopterlərindən birini məhv etdi. Beləliklə, dirçələn danışıqlar prosesi yenidən dalan dirəndi.
Və aprelin 2-də Ermənistanın cəbhədə təxribata əl atmasının
arxasında da məhz münaqişənin həlli ilə bağlı yaranmış yeni
situasiyanı pozmaq məqsədi dayanır.
Burada iki məqama diqqət yetirmək lazımdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış yeni
situasiya.
a) Ermənistanın cəbhədəki təxribatına Prezident İlham Əliyevin ABŞ
səfəri kontekstində baxmaq olar. Azərbaycan lideri Vaşinqtonda
keçirilən Nüvə Təhlükəsizlik Samitində iştirak üçün okeanın o
tayında səfərdə idi. Kifayət qədər isti qarşılanmadan sonra Dövlət
katibi Con Kerri ilə görüş keçirildi. Ermənistan prezidenti Serj
Sarkisyan da eyni sammitdə iştirak etsə də, C. Kerri İlham Əliyevi
tək qəbul etmişdi. Və ilk dəfə idi ki, ABŞ-ın baş diplomatı Dağlıq
Qarabağ münaqişəsi haqda tərəflərindən yalnız birinin –
Azərbaycanın iştirakı ilə danışırdı. O, münaqişənin tezliklə həll
olunmasının vacibliyini vurğuladı. Ardınca Birləşmiş Ştatlar açıq
şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan
etdi.
Azərbaycan lideri səfər çərçivəsində vitse-prezidenti Con Bayden, həmçinin, Barak Obama ilə görüşdü. Eyni münasibət, Sarkisyan üçün göstərilmirdi. Bu, Azərbaycan və onun liderinin şəxsi nüfuzundan irəli gəlməklə yanaşı, həm də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın iştirakı olmadan yeni prosesin başlaması demək idi.
Belə ki, hazırki qlobal siyasi situasiya, Cənubi Qafqazda ABŞ-Rusiya maraqları və tərəflərin regiona dair planları tətbiq etmək istiqamətindəki addımlar okeanın o tayında Qarabağla bağlı yeni nələrinsə olduğu ehtimalını gücləndirir. Belə görünür ki, Birləşmiş Ştatlar regionda güc balansını xeyrinə dəyişmək istiqamətində işə başlayıb və bunun üçün bölgənin əsas söz sahibi Azərbaycanın dəstəyini almaq istəyir. Vaşinqton anlayır ki, rəsmi Bakı üçün ölkənin ərazi bütövlüyünün bərpasından önəmli məsələ yoxdur və onun dəstəyini yalnız bu məsələyə dəstək verməklə qazanmaq olar.
Hesab etmək olar ki, bunu anlayan Amerika Prezident İlham Əliyevin
səfəri zamanı Qarabağ münaqişəni Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həlli ilə nəticələnən yeni planı müzakirə edib.
Ermənistan bu planla bağlı ya erməni lobbisinin vasitəsilə məlumat
əldə edib, ya da Sarkisyansız aparılan Qarabağ müzakirəsi İrəvana
hər şeyi aydın edib. Və düşmən tərəfi cəbhədə təxribata əl ataraq
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı yaranmış yeni
situasiyanı pozmağa cəhd etdi.
b) Ermənipərəst konqresmenlərin hazırladığı Roys-Engel ideyasının qəbul edilməməsi də Vaşinqtonda Ermənistanın arzulamadığı Qarabağ danışıqlarının aparıldığına dair ehtimalı gücləndirir.
Prezident İlham Əliyevin martın 30-da Bakı vaxtı ilə 22:00-da Con Kerri ilə nəzərdə tutulan görüşündən saatlar öncə bir qrup konqresmen Ed Roys və Bred Şermanın (hər iki şəxs erməni lobbisinin fəal üzvüdür və Konqresə təqdim olunan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinin müəllifləri olublar – red.) rəhbərliyi ilə Barak Obamaya müraciət etdi. Müraciətdə deyilirdi: “Biz Ermənistanın və DQR-in (Qarabağda yaradılan qondarma rejim nəzərdə tutulur – red.) dünya sülhünə dəstəyini salamlayırıq və ümid edirik ki, Azərbaycan öz etirazlarını təkrar gözdən keçirəcək. Sizi nüvə təhlükəsizlik sammiti çərçivəsində Qarabağ münaqişəsi üzrə administrasiyanız tərəfindən bəyənilən Roys-Engel ideyasını münaqişə tərəfləri ilə müzakirə etməyə çağırırıq”. Müraciətdə Obamadan Roys-Engel ideyasının qəbulu üçün Azərbaycan Prezidentinə təzyiq etməsi belə xahiş olunurdu.
Roys-Engel təklifi: qoşunların təmas xəttində snayperlər geri çəkilir, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorları və səs avadanlıqları yerləşdirilir, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb edilir.
Bu, faktiki olaraq Ermənistana Azərbaycan torpaqlarında işğal
siyasətini davam etdirməyə geniş şərait yaradır və münaqişəni
beynəlxalq ictimaiyyətin diqqətindən kənarda saxlayır.
İrəvan erməni lobbisinin dəstəyi ilə buna nail olacağına inanırdı.
Düşmən ölkənin hesablamalarına görə, Obama konqresmenlərin
çağırışını dinləyərək, Azərbaycan Prezidentindən Roys-Engel
təklifini qəbul etməsini istəyəcəkdi. Təbii ki, rəsmi Bakı bunu
qəbul etməyəcəkdi. Lakin Ermənistan düşünürdü ki, Azərbaycan bu
təklifi qəbul etməyəcəyi təqdirdə Birləşmiş Ştatlarla münasibətləri
pozulacaq, beləliklə Vaşinqton Qarabağ məsələsində İrəvana dəstək
bəyanatları səsləndirəcəkdi.
Lakin Azərbaycan liderinin apardığı danışıqlar nəticəsində nəinki
Roys-Engel təklifi gündəmə gətirildi, ümumiyyətlə Ermənistanın
mövqeyinə dair bir cümlə belə səsləndirilmədi. Əskinə,
ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsinin bünövrəsi quruldu
və Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı verdi.
Bu, dolayısı ilə Ermənistanın işğalçı dövlət kimi qəbul edilməsi
deməkdir. Çox güman ki, bütün bunlar Prezident İlham Əliyevin
Vaşinqtonda Qarabağla bağlı nail olduğu yeni proseslərin tərkib
hissəsidir. Ermənistanın cəbhə xəttində təxribata əl atmasının
arxasındakı səbəblər sırasında bunlar açıq şəkildə görünür.
c) İndiki məqamda Rusiyanın da Qarabağ münaqişəsinin həllində
maraqlı olduğu görünür. Çünki Rusiya Suriya və Ukraynada münaqişəyə
cəlb olunub. Belə bir məqamda Moskva sərhədləri yaxınlığında yeni
bir münaqişə ocağını özü üçün ciddi təhlükə mənbəyi hesab edir.
Hətta Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planının olduğu
haqda informasiyalar da var idi.
“Rusiyanın münaqişənin həlli ilə bağlı planı var. Plandakı variantlardan biri belədir ki, ermənilər işğal etdikləri Dağlıq Qarabağ ətrafındakı ərazilərin çox hissəsini Azərbaycana qaytarır, lakin Laçın dəhlizi saxlanılır”, - deyə Rusiya KİV-i həmin vaxt yazırdı.
Məlumatlara görə, 2016-cı il martın 10-da Moskvaya
dəvət olunan Serj Sarkisyana münaqişənin həllinin zəruriliyi
birmənalı şəkildə çatdırılıb. Gözləntilərə görə, Sergey Lavrovun
aprelin 7-də Bakıya planlaşdırlan səfərində də münaqişənin həlli
ilə bağlı müzakirələrin aparılacaq.
d) Minsk qrupunun digər həmsədr ölkəsi olan Fransanın prezidenti Fransual Olland aprelin 2-də yaydığı bəyanatda 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Bu, Fransanın da açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir.
Bununla yanaşı, ATƏT Minsk qrupunun həmsədrləri də münaqişənin
həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Həmsədrlərin ən yüksək
səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə
bir neçə dəfə ümumi rəy bildirməsi də işğalçı Ermənistana sərf
etməyən situasiyanın yarandığını sübut edir.
Təxribatın məqsədi
Belə bir situasiyada Ermənistanın Azərbaycan mövqelərinə təxribatçı
hücumlarının arxasında məhz bu səbəb dayanır. Düşmənin təxribatçı
hücumları iki hədəfə yönəlib.
1. Dağlıq Qarabağla bağlı yaranmış yeni situasiyanı pozmaq və
beynəlxalq ictimaiyyətə heç nəyi qəbul etmədiyi mesajını
vermək.
2. Azərbaycanı hücum edən tərəf kimi göstərmək. Çünki düşmən ölkə
adətən təxtribatçı fəaliyyətlə atəşkəsi pozur, Azərbaycanı hücuma
təhrik etməyə cəhdlər edir. Azərbaycan Ordusunun haqlı cavabı
nəticəsində düşmən tərəfi böyük itki verir. Belə görünür ki,
İrəvana bu lazımdır. Çünki onlar sadə erməninin həyatı ilə
oynayaraq, Azərbaycanı dünyada hücum edən tərəf kimi göstərməyə
cəhd edirlər. Budəfəki təxribatın məqsədi də budur.
***
Ermənistanın daxili siyasi və ictimai
vəziyyəti
Sarkisyan rejimin cəbhədə əl atdığı təxribatlar həm də
Ermənistanın daxili vəziyyətinə hesablanıb. Belə görünür ki, İrəvan
rejimi Qarabağda gərginliyi artırmaqla həm danışıqları dalana
salmaq, həm də öz ictimaiyyətinin fikrini yayındırmaq məqsədi
güdüb. Xüsusilə Ermənistandakı əhalinin sosial partlayış həddinə
çatması fonunda bu gediş hakimiyyətə sərf edir.
Digər tərəfdən, Serj Sarkisyan öz hakimiyyətinin müddətini
uzatmaq üçün Ermənistanda parlament respublikası idarəçilik
sisteminə keçmək istəyir. Lakin ictimai əhval-ruhiyyə buna imkan
vermir. Belə bir vaxtda cəbhədə gərginliyi artıraraq, “xarici
düşmən” obrazının qızışdırılması həm ictimaiyyətin onun ətrafında
birləşməsinə, həm də keçmiş prezidentlər – Levon-Ter Petrosyan və
Robert Koçaryanın ona dəstək verməsinə səbəb ola bilər.
***
Lakin bu planları quran Ermənistanın kriminal rejimi Azərbaycan
Ordusunun cavabının səviyyəsini hesablaya bilməyib. Hazırda düşmən
ölkənin təşviş içində olduğu, əhalinin İrəvana qaçdığı haqda
xəbərlər yayılır. Serj Sarkisyanın “güzəştə hazırıq” açıqlaması da
Ermənistandakı vəziyyəti aydın şəkildə göstərir.
Halbuki, Azərbaycan tərəfi aprelin 3-də beynəlxalq ictimaiyyətin
çağırışlarını nəzərə alaraq atəşkəsi birtərəfli qaydada elan
etmişdi. Lakin Ermənistan tərəfi yenidən təxribata əl atdı. Nəticə
isə özləri üçün ağır oldu.
düşmən ölkə üçün indi bircə yol qalıb: işğal etdiyi ərazilərdən
çıxmaq.
Ali Baş Komandan İlham Əliyev də Təhlükəsizlik Şurasının
iclasında Ermənistana çıxış yolunu göstərdi: “Erməni əsgəri ölmək
istəmirsə, Azərbaycan torpağından rədd olsun”.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK