Nida.az
Elmar Məmmədyarov: “Sergey Lavrov Qarabağla bağlı ağıllı təkliflər irəli sürdü”
“Azərbaycanın işğal edilmiş ərazilərində erməni
qoşunlarının mövcudluğu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
nizama salınmasında ən böyük problemdir”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
xarici işlər naziri Elmar Məmmədyarov “Vestnik kavkaz” saytına
açıqlamasında deyib.
MDB xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ
məsələsinin müzakirəsindən də danışan E. Məmmədyarov birliyin üzv
dövlətlərinin münaqişəyə diqqətinin Azərbaycan üçün əhəmiyyətli
olduğunu deyib: “Hərbi toqquşmalar mülki əhalinin də həlak olmasına
gətirib çıxartdı, xüsusilə Azərbaycan tərəfindən. Digər tərəfdən,
işğal olunmuş ərazilərdə Azərbaycan əhalisi etnik təmizlənməyə
məruz qalmış, evlərindən qovulmuşdu. Əgər indi orada mülki əhali
yaşayırsa, bildiyim qədər onlar erməni hərbi qulluqçularının
ailələridir”.
Azərbaycanlı nazir Rusiyanın münaqişənin sülh yolu ilə prosesini
sürətləndirməsi təşəbbüsünü alqışladığını diqqətə çatdırıb.
“Əgər həqiqəti demək lazımdırsa, son beş ildə danışıqlar prosesi
praktiki olaraq aparılmırdı. Dmitri Medvedyev Rusiya prezidenti
olanda intensiv danışıqlar gedirdi. Sonradan isə təəssüf ki, proses
dondu. Hər kəsə aydındır ki, mövcud status-kvo qəbuledilməzdir. İlk
növbədə Ermənistan dərk etməlidir ki, o, öz qoşunlarını işğal
olunmuş ərazilərdən çıxartmalıdır. Gərginliyin qarşısının
alınmasının yeganə yolu budur. Çünki ən böyük problem işğal olunmuş
torpaqlarda erməni hərbiçilərinin mövcudluğudur”, - deyə o
bildirib.
E. Məmmədyarov münaqişənin nizama salınması üçün hazırda irəli
sürüklən təkliflərə də toxunub: “Sergey Lavrov ötən ilin yayında
əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini irəli sürdü.
Deyə bilərəm ki, onun tərəfindən kifayət qədər ağıllı təkliflər
səsləndirildi. Bu təkliflər həmçinin yazılı sürətdə ifadə olunub və
biz buna rəsmi şəkildə reaksiyamızı bildirmişik. Biz gözləyirdik
ki, yanvar ayında prosesdə canlanma olacaq. Lakin son görüşlərdə
erməni tərəfi bu təklifləri rədd etdi. Biz bu gün yenidən Lavrov
təkliflərini müzakirə etdik”.
Asif Nərimanlı
-
ABŞ13:28
Tramp əmr verdi: Bu qadınlar kişi həbsxanasına göndərilsin
-
Sosial12:31
Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - FOTO
-
Sosial12:02
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq - RƏSMİ
-
Nida Xəbər 11:30
AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama
-
Dünya11:06
Türkiyədəki yanğının baş vermə səbəbi məlum oldu
-
İdman10:00
Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?
-
ABŞ09:24
Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...
-
MDB07:30
Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO