Nida.az
Moskva və Vaşinqton ərazilərin qaytarılmasını istəyir – Qarabağda yeni QARŞIDURMA
"Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsi üzrə
qarşıdurmanın yeni mərhələsinin başlandığı
görünür".
Publika.az xəbər verir ki, bu barədə
Ermənistanın "Yerkir" qəzeti yazıb.
Qəzet ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
son müsahibəsində səsləndirdiyi fikirlərin ABŞ-Rusiya arasında
münaqişə üzrə fikir ayrılığının yenidən dərinləşdiyinin nümunəsi
olduğunu qeyd edib: "Bu qarşıdurma Qarabağda yeni eskalasiyaya
gətirib çıxara bilər. Çünki bölgədə hərbi qarşıdurmanın
dayandırılmasında məhz vasitəçilər üçbucağının ümumi mövqeyi rol
oynayıb".
Qəzet belə vəziyyətin Ermənistana vaxt qazandırdığını
yazıb.
"Çünki həm Vaşinqton, həm də Moskva münaqişənin nizama
salınmasında ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur.
Onların qarşıdurmada olması bu prosesi ləngidə və Ermənistana vaxt
qazandıra bilər", - deyə erməni qəzet bildirib.
Asif
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...