Nida.az
Qafqazdan başlayacaq “su müharibələri” – ƏSRİN SAVAŞI
Dünya "su müharibələri" dövrünə qədəm qoyur və bu
müharibənin başlayacağı əsas bölgələrdən biri Azərbaycanın da
yerləşdiyi Qafqazdır.
Publika.az xəbər verir ki, Əsilsiz Erməni
İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin
söylədiyi fikirlər belə deməyə əsas verir.
G. Gülbey bildirib ki, Qafqazın su mənbələri illərdir İsrail
tərəfindən müşahidə altındadır: "Bu mənbələr Yaxın Şərqin su
qaynağı olaraq nəzərdə tutulur. Suyun neft və təbii qaz kimi boru
xətti ilə İsrailə nəql edilməsi planlaşdırılır".
Yeni yüzilliyin "su müharibələri" dövrü olacağını deyən G.
Gülbey burada Qafqazla yanaşı, digər bir bölgəyə də diqqət
çəkir.
"Biri Qafqazdır. ABŞ Gürcüstana həm də buna görə yerləşib.
Digəri isə Türkiyənin Artvin bölgəsidir. Qaradəniz bölgəsinin meşə
sahəsinin böyük hissəsi Artivindədir. Artivin əvvəlcə FETÖ-çülərin
maraq dairəsində idi. "Samanyolu TV" burada etnik qarşıdurma
yaratmaq üçün proqramlar, sənədli filmlər çəkməyə çalışdı. Lakin
yerli əhali buna sərt reaksiya göstərdi. Hətta polisə belə şikayət
etdi. Ermənilər də bu bölgədə əhalini israrla etnik köklərə görə
ayırmağa cəhd etdilər. Bu günə qədər bacara bilməyiblər. Artivin
xalqına etnik dərnəklər, etnik musiqi yaratmağa çalışdılar. Bu
layihələrin sponsoru Avropa Birliyi fondları və xüsusi olaraq Soros
fondu idi. Yerli xalq isə bir-birinə ət və dırnaq kimi bağlıdır.
Lakin Artivinin yeraltı və yerüstü sərvətləri hər zaman Qərbin və
İsrailin iştahasını artırıb".
G. Gülbey ABŞ-ın Ankaradakı səfirinin Artivinə səfər etdiyinə
diqqət çəkib. Bildirib ki, diplomatın səfərinin səbəbi su
məsələsidir.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bass ötən
həftə Artivin bölgəsinə gizli səfər edib.
Türkiyə mediasının məlumatına görə, səfirin məqsədi bölgə xalqını təxribata çəkməkdir. Bunu bir sıra səbəblər də təsdiq edir.
- C. Bass Artivinin Savaşat qəsəbəsinə gedir və Meydancık
kəndini ziyarət edir. Kənddə Su Elektrik Stansiyası (SES) ilə bağlı
bölgə xalqı ilə gizli görüşlər keçirir.
- Daha sonra Artivinin digər qəsəbəsi olan Yusufelinə gedir. Orada
da SES-in inşası ilə bağlı görüşlər keçirir.
- Onun Artivində üçüncü ziyarəti isə şəhərin mərkəzində olub.
Mərkəzdəki Hatila Vadisini ziyarət edən və bölgə xalqı ilə
SES-lərin inşası ilə bağlı görüşlər keçirən ABŞ səfiri vətəndaşları
təxribata cəlb etməyə çalışıb.
Bu bölgədə SES-lərin inşasına camaat ciddi etiraz edir. Hətta
bundan öncə bölgə əhalisi kütləvi aksiyalar da keçirmişdi. Görünür,
ABŞ səfiri bölgə əhalisini ayağa qaldırmaq üçün məhz SES məsələsini
qabardaraq, planlarını onun üzərində həyata keçirmək niyyətindədir.
Səfirin səfərində diqqətçəkən məqamlardan biri də onun diplomatik
yox, mülki nömrəli avtomobildə olması olub.
Amerikalı səfirin gizli səfərində məhz su məsələsi ilə bağlı
görüşlər keçirməsi "su müharibələri başlayır" ehtimalı fonunda
diqqət çəkir.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)







.jpg)













