PKK-çılar yolu bağladı – Video
Bizi izləyin

Dünya

PKK-çılar yolu bağladı – Video

Qarlıova-Varto yolunu bağlayan PKK-çılara qarşı polis və jandarm əməliyyat təşkil edib.

Publika.az xəbər verir ki, PKK terror təşkilatının gənclərdən ibarət birliyi olan Yurdsevər Demokratik Gənclik Hərəkatı üzvləri polis bölmələrinin çoxaldılmasınaetiraz ediblər. Bunun üçün də iki gündür Qarlıova-Varto yolunu bağlamışdılar. Yolu açmaq üçünsə bu gün səhər saatlarında polis terrorçulara müdaxilə edib.

Yerlilərin dediyinə görə bu gün yerli vaxtla 05:00-da bölgəyə helikopterlərlə əsgər və xüsusi təyinatlı gətirilib. Terrorçuların daş və sopalı hücumlarına qarşılıq olaraq hüquq-mühafizə orqanları terrorçulara bibər qazı və təzyiqli sudan istifadə edib. Təxminən minə yaxın terrorçu və kəndlinin olduğu bölgədə toqquşma hələ də davam etməkdədir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm