Azərbaycanlı mücahidlərdən iqtidara təhdid: “Məscidlər açılmasa...”- Şok
Bizi izləyin

Nida.az

Azərbaycanlı mücahidlərdən iqtidara təhdid: “Məscidlər açılmasa...”- Şok

Azərbaycanlı mücahidlərdən iqtidara təhdid: “Məscidlər açılmasa...”- Şok

Suriyada döyüşən azərbaycanlı mücahidlər Azərbaycan hökumətinə çağırış edib.

Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, Suriyada əsasən azərbaycanlı döyüşçülərin olduğu Təbuk camaatı Azərbaycanda məscidlərin bağlanması problemini gündəmə gətirib.


“Azərbaycanı insan haqlarını qorunduğu ölkə kimi təqdim edirsiniz, amma dini azadlıq yox dərəcəsindədir. 2008-ci ildə Əbu-Bəkr məscidi bağlandı, daha sonra Ləzgi məscidi eyni taleyi yaşadı. Bunun əksinə olaraq, kilsələr, sinaqoqlar rahat formada fəaliyyət göstərirlər. Bəs müsəlmanlar nə etsin? Bu gün əhli-sünnət camaatının ibadət etməyə yeri yox dərəcəsindədir. Hansı azadlıqdan danışmaq olar?!”– deyə onlar bildirirlər.
Daha sonra hökumətə çağırış edən azərbaycanlı mücahidlər bildiriblər ki, məscidlər açılmalı, insanların dini azadlığı təmin edilməlidir: “Əgər məscidlər açılmasa, insanlar ibadət etmək üçün yerlər tapmasa, onda hansı azadlıqdan danışa bilərsiniz? Məscidlərin açılması bizim arzumuz və tələbimizdir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm