Sağlamlıq
Böyük ombaları arıqladan 3 məşq - FOTO
Hamıya məlumdur ki, gözəl bədən quruluşu ancaq balanslaşdırılmış məşqlər, düzgün qidalanma və sağlam həyat tərzi sayəsində mümkündür. Kifayət qədər darıxdırıcı səslənir. Lakin fotolarına həsrətlə baxdığınız dünya gözəlləri kimi ideal bədən quruluşuna nail olmaq heç də asan başa gəlmir. Onlar hər zaman formada qalmaq üçün saatlarla idman zalında məşq edirlər. Məsələn, kişilərin heyran olduğu Cennifer Lopez sığorta etdirdiyi ombalarını formada saxlamaq üçün xüsusi məşqlər edir. Bu məşqlər omba əzələlərini sıxlaşdırmaq üçün nəzərdə tutulub. Publika.az omba və bud əzələlərini sıxlaşdıran, formaya salan məşqləri təqdim edir:
Birinci şəkildə gördüyünüz çömbəlmə hərəkəti bu məsələdə çox təsirlidir. Yarım çömbəlmə hərəkəti bütün ayaq əzələlərini çalışdırır.
Digər şəkildəki bud qaldırma hərəkəti də çox asandır, ayaqları dəyişərək 3 set olmaqla 15 dəfə edə bilərsiniz.
Şəkildəki sonuncu hərəkət qaçış mövqeyi adlanır. Özünüzü sıxaraq bir neçə saniyə bu mövqedə dayanın.
Son illərdə həcmli ombalar gözəllik və seksual rəmzi hesab olunur. Lakin hərəkətsiz həyat tərzi, şirniyyatlar və yağlı qidalar bud və ombaların lazım olduğundan artıq böyüməsinə və sellülit yaranmasına, vizual baxımdan heç də xoş olmayan görüntüyə gətirib çıxarır. Bu məşqlər isə omba və budlarda toplanmış artıq yağları əridərək formaya salacaq.
Fidan
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi









.jpg)
















.jpg)









.jpg)