Homoseksual sevgilisi Versaceni niyə qətlə yetirdi?
Bizi izləyin

Brendlərin tarixi

Homoseksual sevgilisi Versaceni niyə qətlə yetirdi?

O, stilistdən daha çox bir dərzi idi

O, əfsanəvi, eksotik bir brendin yaradıcısı, aristokratların göstəri dünyasıdır. Homoseksual olmasına baxmayaraq, onun kimi qadın bədəninin cizgilərinə uyğun, mükəmməl paltar biçən ikinci bir dərzi hələ dünyaya gəlməyib. Parladığı 10 il ərzində brendini Kristian Dior, Pierre Kardin, Koko Şanell kimi moda aləminin birincilərinin brendləri ilə eyni sıraya yüksəltməyi bacarıb.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Gianni Versace” brendinin kim tərəfindən və necə yaradıldığını təqdim edir:

Təhsilini atıb dərziliklə məşğul olur

“Gianni Versace” 1946-cı ildə İtaliyanın kiçik əyalət şəhəri olan Redjo-di-Kalabriyada atelyede anadan olan Gianni Versace tərəfindən yaradılıb. Anası dərzi, atası isə ev alətləri satıcısı olan Gianninin ailədə özündən başqa Santo Versace adlı qardaşı və Donatella Versace adlı bir bacısı da var idi. Valideynləri onun arxitektor olmasını istəsə də kiçik yaşlarından anasının atelyesində işləməyə başlayır. Uşaqlıq illərini belə xatırlayır: “Ətrafda yalnız donlar donlar və donlar var idi. Peşəkarlığıma görə yalnız anama borcluyam”.

Hər gün saat 7-nin yarısında oyanıb atelyeyə gedən Gianni anasına qiymətli daşlar tapmaqda, müxtəlif işlərdə kömək edir, hazırladığı paltarları dükanında satırdı.

Bununla belə məktəbi bitirdikdən sonra valideynlərinin istəyinə uyğun olaraq arxitektor peşəsinə yiyələnmək üçün universitetə qəbul olunur. Lakin orada uzun müddət qalmır. 18 yaşında təhsilini atıb dərziliklə məşğul olmağa başlayır.

Anası onu sevmirdi

Yazılanlara inansaq, anası ilk vaxtlar oğlunun işlərinə önəm vermir. Versace ailəsini tanıyan qonşular da ana ilə oğlun münasibətlərinin elə də yaxşı olmadığını bildirirdilər. Deyilənlərə görə, Françeska Versace üstünlüyü həmişə digər oğluna, Santoya verirmiş. Baxmayaraq ki, ailələri geniş idi Gianni ona ən yaxın qadının sevgisi olmadan tənha böyüyürdü. Bununla belə hər gün anası ilə birlikdə yeddinin yarısı oyanır, işə gedirdi. Gianni anasının hər addımını yaxından izləyirdi.

Seksual manyak

9 yaşı olanda stilistin təhsil aldığı məktəbin direktoru oğlunun çirkin davranışı üzündən Françeskanı məktəbə çağırır. Bildirir ki, oğlu ilə məşğul olmalıdır:

“Evinizdə əməlli başlı seksual manyak böyüyür”.

Buna sübut kimi də Gianninin çəkdiyi şəkilləri göstərir. Hansı ki onlar eskizlər olur. Gələcəyin stilisti xəyalındakı geyimlərdə qadınları çəkmişdi.

Ciddi karyeraya doğru addım

Gianni ömür boyu anasının yanında qala bilməzdi. 25 yaşında moda dizaynı sahəsində işləmək üçün Milana köçür. Burada bir neçə markanın Genny, Callaghan və Istante-nin dizayneri işləyir. 1977-ci ildə Versace “Complice” firması üçün süet və dəri kolleksiyası hazırlayır. 1978-ci ildə 32 yaşında moda evini, eləcə də Gianni Versace S.p.A şirkətini yaradır, “Gianni Versace” adlı ilk qadın geyimi kolleksiyasını təqdim edir.

O, stilistdən daha çox bir dərzi idi

1980-ci ildə artıq Gianni aktiv şəkildə öz adı ilə paltarlar istehsal edir, həmçinin başqa şirkətlər üçün işləyirdi. Günü-gündən böyüyən moda evinin baş idarəçisi qardaşı Santo Versace, fotosesiyalardan məsul isə bacısı Donatella idi. Ümumiyyətlə, biznesinin təşkilində Gianniyə qardaşı Santo kömək edir. Versace artıq öz arzusuna çatmışdı. O, bahalı evlər alır, səyahət edir, əntiq mağazalarda pulu göyə sovururdu. Özünü isə bir dizayerdən çox dərzi olaraq təqdim edirdi.

“Gianni Versace” brendi

O, dizaynlarında seksual xəttləri ön plana çıxarmağı sevirdi. Hətta Corc Armani deyirdi ki, Versace podiumu ucuz erotik-şouya çevirir. Lakin bütün bunlar Gianninin vecinə belə deyildi. O, getdikcə mini ətəkləri geri gətirən, taytları təkrar ön plana çıxaran və büstiyerleri gecə paltarlarına soxan ada çevrilirdi. 1981-ci ildə qadın ətri olan "Gianni Versace", 1986-cı ildə isə kişi ətri "L'Homme"ni istehsal edir. Elə həmin ildə Versace artıq dünya moda arenasına çıxır. Bir zamanlar Koko Şanelin kolleksiyalarının nümayişinin keçirildiyi Fransanın “Riç” otelinin ərazisində açıq havada dizaynlarının təqdimatını edir. 1990-cı ilin əvvəlində artıq Versace dünya ulduzu Maddona, şəhzadə Diana üçün paltarlar dizayn edir. Eyni dövrdə Rosenthal şirkəti ilə birgə çini şüşə qablar və mebellər (Versace Home) istehsal olunmağa başlanılır.

İmperatorluq

10 ildən az müddət içində, Versace 808 milyon dollar dəyərində bir imperatorluq yaradır. Madonna, Jon Bon Jovi, Tina Turner, Tupac Shakur, Naomi Campbell kimi məşhurları reklamlarında istifadə edir. Deyilənlərə inansaq, hətta Versace şəhzadə Çarlzla boşandıqdan sonra podiuma çıxması üçün şəhzadə Dianaya da 1 milyon dollar təklif edir.

Gianna Versaceni hər tərəfli stilist saymaq olar. O, eyni zamanda rok- roll sənayesindəki adların ehtiyaclarına da cavab verirdi. Müştəriləri arasında Michael Jackson, Phil Collins, Bruce Springsteen, Corc Michael, Eric Clapton və Elton John kimi adlar var idi. Gianni bir sıra filmin və serialın kostyumlarını hazırlayırdı. Bu sıraya "Ballet for Life", "Jugde Dredd", "Shakespeare Shorts", "Showgirls", "Kika", "Vacanzi de Natale", "Cin Cin", "As Long as It's Love" və "Miami Vice" əlavə etmək olar.

Kasıblar pulu yığır, varlılar rəsm əsəri alır

Versace həm də zəngin insan sayılırdı. Karyerasının pik nöqtəsində onun artıq bir neçə evi, Milanda, Romada, Komo gölü sahilində, Nyu Yorkda, Mayamidə villası var idi. Əntik incəsənət əsərlərinin həvəskarı olan Gianni Versace bu haqda belə deyirdi:

“Kasıb insanlar pulu yığır, varlılar, uzaqgörənlər isə əntiqə alırlar”.

Versace evdən bayıra addımını mühafisəçisiz atmazmış. Mayamidəki villasının həyəti istisna olmaqla… Gianni məhz orada da qətlə yetirilir.

Homoseksual, orgiya məclislərinin həvəskarı

Versace digər həmkarları Kristian Dior, Piere Kardin, Corc Armani kimi qadınlara marağı olmayan şəxsiyyətlərdəndir. Stilist Versace moda evinin sport xəttinin inkişafına məsul olan Antonio Damiko ilə sevgili həyatı yaşayırdı. Ölümünə qədər, ötən 14 il müddətində A.Damikodan 1 gün də ayrılmayan Gianni sevgilisinə o qədər bağlanır ki, hətta onu özünə köməkçi götürməklə bərabər, “Istane” mağazalar şəbəkəsinin idarəsini də tapşırır.

Bu arada Antonio Damiko və Gianni Versace sadəcə bir-biri ilə əylənmirlərmiş. Cütlüyün model agentliklərindən qara dərili model oğlan sifariş verib seks partisi təşkil etmək kimi “əyləncə zövqləri” varmış.

Qəzetlər ikilinin Mayamidəki tematik klublarda da oxşar senari üzrə əyləndiklərini iddia edirlər. Lakin bu baş döndürən günlər 1997-ci ilin iyuluna qədər davam edir. 35 milyon dollarlıq villada keçirilən seks məclislərinin birinin səhəri stilist qətlə yetirilir. Onun seks partnyoru olduğu deyilən Endryu Kunanan adlı homeseksual tərəfindən odlu silahla öldürüldüyü bildirilir.

Gianni niyə qətlə yetirilir?

Bəzi yazılanlara görə, Gianninin qatili təşkil etdiyi orgiya məclislərinin aktiv iştirakçılarından olub. Ümumiyyətlə Versacenin qətli ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də məşhur dizaynerin mafiyaya külli miqdarda borcunun olmasıdır. Amma bir məslədə də var ki,Versacenin ölümü Endryu Kunananın ilk cinayəti deyildi.Bu şəxsin adı əvvəllər törətdiyi qətillərə görə, FBİ-nin axtarış siyahısında ilk onluqda idi.Təəccüblüsü də odur ki, Gianni Versace kimi önəmli adın qətli də polisin Endryunu yaxalaya bilməsinə səbəb olmur. Endryu Kunanan yalnız intihar etdikdən sonra cəsədi polisin əlinə keçir. O zaman bəlli olur ki, qatil çox da uzağa qaçmayıbmış. Belə ki o, mərhum stilistin villasına yaxın ərazidə qayıqda gizlənibmiş.

Məşhur malikanə 41 milyon dollara satılır

Gianni qətlə yetirildikdən sonra məşhur malikanəsi 41 milyon dollara satılır. Alıcı isə Versacenin qonşusu “Viktor Hotel“in də daxil olduğu VM South Beach LLC şirkəti olur.

Qeyd edək ki, Versace malikanəni 3 milyon dollara almışdı. Lakin sonradan ora 32 milyon dollar xərc çəkmişdi.

Brendin adı dəyişir

Giannanın ölümündən sonra brendin adı sadələşdirilir, “Versace“ adlandırılır. Gianni Versace S.p.A şirkətinin rəhbərliyinə isə Gianninin bacısı Donatella gəlir. Donatella Versace qardaşının ənənələri davam etdirir, amma müasir interpretasiyaları da unutmur. Reklam kampaniyalarının təşkili və imic yaratmaqda peşəkar olan Donatella qısa müddət ərzində “Versace” markasına yenidən öz şöhrətini qaytara bilir və dizaynerlər biznesmenlər arasında hörmət qazanır. O, Gianninin reklam ənənələrinə sadiq qalaraq işə yalnız məşhurları cəlb edir və onların iştirakı olmadan heç bir nümayiş keçirmir. Bu gün “Versace” brendi adı altında təkcə geyim deyil, qab-qacaq, mebel, vanna otağı aksessuarları, saat və bir sıra digər məhsullar istehsal edilir.

Dünya üzrə məşhur luks otel seti Qold-Kost da Versacelərə məxsusdur.

2012-ci ildə şirkətin dövriyyəsi 410 milyon avro olub, işçilərinin sayı 523 nəfər təşkil edib. Son rəqəmlərə görə, Donatella birjada “Versace”nin səhmlərinin 20 faizinə, qardaşı Santo isə 30 faizinə sahibdir. Donatellanın qızı, 1986-cı il təvəllüdlü Alleqra Versace isə dayısı Gianninin ölümündən sonra şirkətin səhmlərinin 50 faizini miras alıb. Gianni ən böyük varisinə, o cümlədən Komo gölü sahilindəki villa, 770 milyon dollar qoyub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm