İki məmurun kasıb övladı - FOTOLAR
Bizi izləyin

Dahi ömrü

İki məmurun kasıb övladı - FOTOLAR

Yohann Volfqanq Göte önəmli alman ədəbiyyatçısı kimi qəbul edilən, tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısına girməyi bacaran və əsərləri ilə dünya ədəbiyyatının zirvəsində olan bir dahidir.

Dünyaca ünlü edebiyatçı Johann Wolfgang Von Goethe 28 Ağustos 1749, Frankfurt'ta doğdu.

Publika.az-ın “Dahi ömrü” layihəsinin bu yazısında məhz Götenin həyatını, ədəbi yaradıcılığını araşdıracağıq.

Dünyaca məşhur ədəbiyyatçı Yohann Volfqanq Göte 28 avqust 1749-cu ildə Almanyanın Frankfurt şəhərində doğulub. Götenin valideynləri varlı insanlar idi. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Buna baxmayaraq özü o qədər də varlı olmayıb və ən aşağı vəzifələrdə işləməyə məcbur qalıb. O, kiçik yaşda fransız, latın və antik yunan dillərini öyrənib. Evi kitablarla dolu idi. O illərdə fransızların işğalı altında olan Frankfurtda sərgilənən Fransız teatrlarının tamaşaları kiçik yaşlı Göteyə çox təsir edib və bu onun fransız ədəbiyyatına maraq duymasına gətirib çıxarıb. 1765-ci ildə atasının istəyi ilə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsini alıb. Təhsil aldığı müddətdə dövrünün sənətçiləri, ədəbiyyatçıları ilə tanış olaraq antik yunan sənətinə heyranlıq duymağa başlayıb. Götenin başladığı hər işin ən yaxşısını etmə kimi bir xüsusiyyəti olub.

1774-cü ildə yazdığı ilk romanı “Gənc Verterin iztirabları” (Die Leiden des jungen Werther) ilə Göte ilk şöhrətini qazanıb. Əsər müəyyən dərəcədə avtobioqrafik xarakter daşıyır. Bu romanda Göte özünün Şarlotta Buffaya olan platonik məhəbbətini təsvir edib. Göte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olub. Əsərin faciəli sonu Verterin intiharı, habelə Götenin dostunun evli qadına aşiq olub məhəbbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin özünü öldürməsi ilə bağlı olub. Bu romanla birlikdə Alman ədəbiyyatında coşqunluq cərəyanı "Tufan və Həmlə" (Sturm und Drang) olaraq bilinən yeni bir cığır açılıb. Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxarıb. Buna sonralar Verter effekti adı verilib. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə kitabın nəşri qadağan edilib.

18 yaşına gelince babasının isteğine uyarak hukuk öğrenimi için Leipzig'e gitti.

1775-ci ildə Veimarın rəhbəri Karl Avqust Göteni Veimara çağıraraq özünün xüsusi elçilik məsləhətçisi adıyla mədən ocaqlarını və suvarma layihələrini araşdırıb, Veimar ordusunun əsgərlərinin uniformalarını seçməyə qədər hər cür işlə məşğul olmağa tapşırıq verir. Göte orada Çarlotte adlı bir qıza aşıq olur. Onu tanıdıqdan sonra şeirlər və balladslar yazıb.

Goethe 1775’te Weimar Dükü Karl August'un çağrısı üzerine Weimar’a gitti.

İphigenie Taurista (İphiginei ouf Tauris, 1787) və Tarquato Tasso (1780-87) dramlarında qadın qəhrəmanları məhz Çarlotte von Steindən izlər daşıyır.

Göte 1786-cı ildə Veimardan köçərək İtaliyaya gedib. İtaliya onun üçün qaçış və yenidən doğuş yeri olub. Romantikadan və bədii keçmişindən qoparaq özünü yeniləmək qərarını verən Göte İtaliyada ilk dəfə antik Yunan və Roma sənətini yaxından tanıma imkanı tapıb.

1794’te yazar Friedrich von Schiller'le yaşamları boyu sürecek bir dostluk kurdu

1794-cü ildə yazar Fridrix Şiller ilə ömür boyu davam edəcək bir dostluq qurub. Göte və Şillerin məktubları Alman ədəbiyyatının məhsuldar dövrünə işıq tutması baxımından çox əhəmiyyətlidir. Hər iki yazar da dostluq illəri boyunca ədəbiyyata qatqıları ilə Alman ədəbiyyatında romantizmin qabaqda gələn adları olublar.

1770-ci ildən başlayaraq ömrünün son illərinə qədər yazmağa davam etdiyi iki hissəli “Faust” adlı dram-poeması müəllifin şah əsəri sayılır. “Faust” əsərində Göte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərib. “Faust”dan sonra onun yaradıcılığı ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.

Goethe'nin 1770’te başlayarak yaşamının son yıllarına kadar yazmayı sürdürdüğü Faust adlı oyunu, yazarın başyapıtı sayılır.

Alimlərin araşdırmalarına görə, o, təxmini 210 IQ ilə dünyanın ən ağıllı dahisidir. Dünya ədəbiyyatının ən böyük yazıçılarından olan Yohan Volfqanq Göte yalnız ədəbiyyat sahəsində deyil, təhsil, təbiət elmləri, fəlsəfə, siyasətdə də öz sözünün deyib.

Goethe ayrıca bilim insanlarının araştırmalarına göre tahmini 210 IQ ile gelmiş geçmiş en büyük dâhi.

Göte 22 mart 1832-ci ildə Veimarda vəfat edib. Ədibin infarktdan öldüyü ehtimal edilir və son sözlərinin “daha çox işıq” olduğu bildirilir.

İndi isə Göte haqqında bəzi məşhur simaların fikirlərinə baxaq:

Fritz Martini - Göte böyük şair olmaqdan əlavə eyni zamanda Avropada yaşayan həyatından dərs alınacaq ən böyük şəxsiyyətdir. Bütün varlıq onun düşüncəsində dinamik canlılıq və təbiilik tapır. Nə ondan əvvəl, nə də ondan sonra heç kim ruhun və ədəbiyyatın sirlərinə bu qədər dərin və dəqiq yanaşmayıb.

Herman Hesse - Götedən öyrəniləcək və zövq alınacaq çox şey var idi. Onun etdiklərini təkrarlamaq mümkünsüzdür.

Franz Kafka - O, həyat barədə deyilə biləcək şeylərin hamısını söyləmiş birisidir.

Fridrix Nitşe – “Göte alman tarixində sonu olmayan bir həqiqətdir. Son 70 ildəki alman siyasətində Göteni təsvir etməyə qadir şəxs çətin tapılar”.

Volter Benjamin – “Götenin iş otağının çox sadə olduğunu hamı bilir. Tavanı alçaq, xalçasız və mebellərin üzünə baxılası halda deyildi. İstəsəydi, zadəganlara xas iş otağı seçə bilərdi. Amma o, bunu seçmişdi”.

Götenin evinin çöldən görüntüsü

<img alt="1774’te yazdığı ilk romanı " genç="" werther'in="" acılar"ı="" (die="" leiden="" des="" jungen="" werther)="" gerek="" anlatımı,="" duygularının="" coşkunluğu="" ve="" çağdaş="" gençliğin="" duygu="" düşüncelerini="" yansıtmaktaki="" başarısıyla="" büyük="" bir="" üne="" kavuştu."="" data-cke-saved-src="https://img-s1.onedio.com/id-57c2cde25c8642f202f78e58/rev-0/w-635/listing/f-jpg-webp/s-5555276c7f3194441d1337f722a076f2e332fe96.webp" src="https://img-s1.onedio.com/id-57c2cde25c8642f202f78e58/rev-0/w-635/listing/f-jpg-webp/s-5555276c7f3194441d1337f722a076f2e332fe96.webp" style="height: 450px; width: 600px;">

Götenin Frankfrutdakı evindən bir görüntü

Frankfurt am Main'da doğan Goethe'nin annesi, babası varlıklı ve aydın insanlardı. Evlerinde zengin bir kütüphane ve değerli bir resim koleksiyonu vardı.

Götenin məşhur əsəri “Gənc Verterin iztirabları”nı yazdığı iş masası

Aydınlanma Çağı'nın düşünceleriyle yetiştirilen Goethe küçük yaşta Fransızca, Latince ve Eski Yunanca öğrendi.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm