Çılpaq gəzən insanlar: Rəngli lüt bədənlər, sümük bəzəklər, dəri geyənlər...
Bizi izləyin

Ditdili

Çılpaq gəzən insanlar: Rəngli lüt bədənlər, sümük bəzəklər, dəri geyənlər...

Bu gün hələ də ovçuluq və yığıcılıqla məşğul olan bəzi qəbilələr çılpaq gəzməklə adətlərini qoruyurlar.

Bu gün hələ də ovçuluq və yığıcılıqla məşğul olan bəzi qəbilələr çılpaq gəzməklə adətlərini qoruyurlar. Bizsə onlara dəhşətlə baxırıq. Amma unutmayaq ki, özümüz də əvvəllər belə geyinmişik.

Publika.az-ın “Ditdili”si məhz o zamanlara “uçaraq” əcdadlarımızın qədim geyimlərinə və onların necə bu günə gəlib çıxmasına nəzər yetirdi.

İnsan nasıl giyinmeye başladı?

Beləliklə, “Ditdili” layihəsində bu dəfə insanların geyimlərinin necə dəyişməsinə nəzər yetirəcəyik.

Hamımız çılpaq doğulsaq da, ictimaiyyət arasında bədənimizi örtmə ehtiyacı hiss edirik. Bunun səbəbləri var: Soyuq iqlimlərdə geyimlər bizi donmaqdan, yayın qızmarın da isə istidən qoruyur.

Antropoloqlar geyimin tarixi müxtəlif üsullarla təyin etməyə çalışır. 2011-ci ildə bitlər üzərinə edilən bir araşdırma geyimlərin mənşəyinin 170 min il əvvələ söykəndiyini ortaya qoyub.

Tüksüz insanlar

O zamanlar insanın atası Homo sapienslər (Ağıllı insan) Afrikada ortaya çıxıb. Bədənlərində çox tük olmadığından mütəxəssislər tüksüzlüyü kompensasiya etmək üçün onların geyim geyməyə başladığını düşünürlər.

İndiki vaxtda hələ də ovçuluq və yığıcılıq edən Sudandakı Nuer kimi bəzi qəbilə üzvlərinin az geyinməsi, geyimin qorunma məqsədli olmadığını, utanma hissindən irəli gəldiyini demək olar.

Cənubi Amerikadakı Fuegian qəbiləsi kimi digər ovçu-yığıcı birliklərin da bəzi zamanlar sadə geyimlər geydiyini, amma çılpaq da gəzdiyini göstərən tarixi məlumatlar var. Buna görə, ilk insanların yalnız üşüdükləri vaxt geyindiklərini söyləmək olar.

Afrika xaricindəki bölgələrdə isə geyimin soyuğa qarşı qorunmaq üçün zəruri ehtiyac olduğunu anlamaq çətin deyil. Başqa bir insan növü olan Neandertallar isə daha çox soyuq iqlim yaşadığı üçün geyinmə ehtiyacı olduğu aydındır.

Neandertal dərisi

Neandertallar Avropada müasir insandan əvvəl yaşayıb. Hər iki növün də Homo heidelbergensis adı verilən eyni ortaq atadan ortaya çıxdığı güman edilir. Mütəxəssislər neandertalların yaşadıqları yerlərə baxaraq qışda bədənlərinin 70-80 faizinin örtülmüş olduğunu yəqin ki, arxalarına sadə bir heyvan dərisi aldıqları təxmin edirlər.

Müasir insanlar isə bir neçə parçanı birləşdirərək daha kompleks geyimlər tikirdi. Bədəni daha isti saxlayan heyvan dəriləri üçün xəzli heyvanları ovladıqları güman olunur. Bu gün Eskimoslar belə heyvanların dərisindən çox geniş istifadə edirlər.

Modern insanın texnologiya avantajı

Bəzi Antropoloqlar müasir insanın soyuq iqlimlərdə yaşamağa öyrəşmək yerinə, daha uyğun geyimlər tikərək oralara uyğunlaşdığını söyləyir.

Neandertallar daha qısa quruluşlu bədənləriylə Avropanın soyuq iqliminə müasir insandan daha yaxşı adaptasiya olub. Müasir insanlar tarixlərinin bir qismini tropik Afrikada yaşayanda Neandertallar Avropaya çox daha əvvəl gəliblər. Lakin onların soyuğa daha yaxşı uyğunlaşması həm də çöküşlərinə səbəb olub.

30 min il əvvəl dünya get-gedə soyuduğunda zəif bədənləriylə soyuğa qarşı çox daha həssas olan müasir insanlar, bunun qarşısını almaq üçün əlavə texnoloji yeniliklər inkişaf etdirmək məcburiyyətində qalıblar. Müxtəlif kəsici alətlər və iynəylə daha kompleks geyimlər yaradıblar.

Sümük alətlər

Araşdırmalar müasir insanın Neandertallardan bəzi şeylər öyrəndiyini göstərir. Belə ki, 40 min ilə 60 min il əvvəl daş yerinə sümükdən alətləri ilk istifadə edən onlar idi.

Neandertallar yox olduqdan sonra bənzər alətləri Homo sapienslər istifadə etməyə başlayıb. Bu ötürmə, birbaşa qarşılaşma şəklində deyil, müasir insanın Neandertalların sümük alətlərinə rast gəlməsi şəklində olduğu qənaətindəyik.

Geyim ictimai xüsusiyyət qazanır

30 min il əvvəl Daş dövrü geyimləri daha çox inkişaf edib. Gürcüstanda Dzudzuana mağarasında o dövrə aid boyalı kətan lifləri tapılıb. Geyimlər həmçinin bəzəmə və simvolik məqsədlə istifadə edilirdi. Əslində bədənə boyalarla naxışlar etmək geyimlərdən çox daha əvvəl başlayıb.

Neandertalların 200 min il əvvəl bədənlərini qırmızı torpaq boyasıyla boyadığını göstərən məlumatlar var. Bu boya habelə heyvan pusquları rəngləməkdə, mağaralara həkk olunan şəkillərdə və məzarların bəzədilməsində istifadə edilirdi.

Mütəxəssislərin fikrincə, soyuqlaşma dövrü gəldikdə insanlar boya və bəzəkləri geyimlərin üzərindən vururdular. Bu da geyimin təkcə soyuqdan qorunmaq üçün deyil, həm də fərqlənmək üçün istifadə edildiyini göstərir.

Geyimlər şəxsiyyətin, mədəniyyətin və ictimai normaların bir hissəsidir. Bizi digər canlı növlərindən ayıran xüsusiyyətdir. Həmçinin, geyim müəyyən ictimai və ya siyasi qrupa aid olduğumuzu göstərərək bizi bir-birimizdən ayırır.

Mənbə: BBC Earth

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm