Ditdili
Bütün döyüşlərdən sağ dönən, 11 dövlət başçısının SONUNA ÇIXAN TÜRK - FOTOLAR
Dünyanın ən uzunömürlü insanları haqqında zaman-zaman müxtəlif məlumatlarla qarşılaşırıq. Onların yaşam tərzi, uzunömürlü olmasının sirri, həyat təcrübəsi, canlı tarix olması, başqa sözlə, gördükləri və danışdıqları hər bir xırda detal hamımız üçün son dərəcə maraqlıdır. Axı iki əsrə yaxın yaşamaq, demək olar ki, bütün sevdiklərinin ölüm acısını dadmaq, getdikcə ətrafındakı insanlara yadlaşmaq və kimsəsiz biri kimi yaşamaq heç də asan deyil...

Belə şəxslərdən biri də türkdür. 160 yaşına qədər yaşamağı bacaran bu şəxsin adı Zarok Ağadır.
Publika.az “Ditdili” layihəsi çərçivəsində Zarok Ağa haqqında yazını təqdim edir.
Bəzi qeydlərə və iddialara görə, Zarok Ağa öldüyündə 160 deyil, 164 yaşında imiş.

O, 10 Osmanlı padşahı, bir prezident görüb. Altı döyüşə qatılıb. Bəzi mənbələrə görə yeddi dəfə, bəzi mənbələrə görə də 13 dəfə, başqa bir qaynağa görə, 29 dəfə evlənib. 13 övladı, 29 nəvəsi olub.
Hamballıq edən bu şəxs Hamballıq Təşkilatı da qurub.
Hələ 38 yaşında yəni 1812-ci ildə Napoleona qarşı döyüşlərdə iştirak edib. O, Misir cəbhəsində fransızlara qarşı döyüşüb. Daha sonra sənaye və sənaye inqilablarını də görən Zarok Ağanın 80 yaşında Krım müharibəsi baş verib.

150 yaşlarında olan Zarok Ağa iki amerikalı yəhudi tərəfindən yaxşı bir həyat vədi ilə aldadılaraq ABŞ-a aparılıb. Zarok Ağa Nyu-Yorkda xüsusi təmtəraq ilə qarşılanır. Ona “gözəl” paltarlar geyindirilir. Daha sonra onu sirklərdə “Dünyanın ən yaşlı insanı” adı ilə satışa çıxarmağa, Zarok Ağa üzərindən pul qazanmağa başlayırlar.

Ağanı öpmək üçün 15, yalnız foto çəkdirmək üçün isə 10 dollar ödəniş etmək lazım idi.
Bu şəkildə əyalət-əyalət gəzib, bir çox sirkdə Zarok Ağa üzərindən on minlərlə dollar qazanan fırıldaqçılar ən sonunda onu qəpiksiz İstanbula geri göndərirlər.

İstanbulda Zarok Ağanın müayinəsi zamanı ciyərlərində və ürəyində anomaliyalar təsbit edilir. Yaşının gətirdiyi ağırlığa və xəstəliklərə daha çox dözə bilməyən Zarok Ağa 1934-ci ildə həyata gözlərini yumur. Amma buna baxmayaraq onun adı hələ də yaşayır.
Dilrubə Vaqifzadə
-
Region09:52Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!"
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video










.jpg)







.jpg)



















