SSRİ yenidən yaranacaq, ABŞ yer üzündən silinəcək və... - QORXUNC PROQNOZ
Bizi izləyin

Sirli Mələk

SSRİ yenidən yaranacaq, ABŞ yer üzündən silinəcək və... - QORXUNC PROQNOZ

İnsanları az da olsa baş verəcəklərdən qorumaq üçün...

Bəzən doğru seçim etməkdən ötrü sadəcə daxilindəki səsi dinləmək yetərli olur. Sanki həmin dəqiqə hansısa daxili qüvvə bizə ən doğru məsləhəti verir. Bizə qeybdən agah olan bu məlumatın haradan gəldiyini anlaya bilmirik. Lakin bu, intuisiya və ya daxili səsdir.

Publika.az “Sirli Mələk” layihəsində bu dəfə intuisiya haqqında yazını təqdim edir.

Problemləri adətən necə həll edirik? Əvvəlcə problemi analiz edir, daha sonra onu necə həll etməklə bağlı yuxusuz gecələr keçirdərək bir nəticəyə gəlməyə çalışırıq. İntuisiyanın sayəsində isə hər şey daha rahat olur. Biz problemi görürük və birdən onun həll yolu özü gəlib bizi tapır. Bütün analitik və intellektual düşünmə cəhdlərimizi bir kənara buraxıb, göydəndüşmə həll yolunu seçirik. Sanki yeni bir kəşf tapmış kimi Arximedə bənzər bir tərzdə “Evrika” deyə qışqırırıq. Söz alimdən, elmdən düşmüşkən Nyutonu yada salmamaq olmaz. Onun da başına buna bənzər bir şey gəldiyini xatırlayırsınız, elə deyilmi? Axı onun başına alma düşəndən sonra o, cazibə qüvvəsinin kəşf edir. Albert Eynşteyn isə həyatının ən önəmli fikrini intuisiyasının ona dediyini boynuna alır. Nəticədə o, nisbilik nəzəriyyəsini tapır.

Alimlərin intuisiyasına heyran qalmamaq mümkün deyil. Bəs adi insanlara necə?

Bəzən biz bir insanı görür, səbəbsiz olaraq onu bəyənmir və qeyri-ixtiyarı şəkildə həmin şəxsi özümüzdən uzaqlaşdırırıq. İdrakımız bunu izah edə bilməsə də, intuisiyamız bizə bu insana inanmamağı diktə edir. İnsanlar daha çox hisslərinə güvənirlər. Çünki hisslər onlar üçün bələdçi rolunu oynayır, gələcək üçün yol göstərir.

Bəs hisslərə güvənmək nə qədər doğrudur? O, bizə dostdur, ya düşmən? Hisslərimiz bütün bu sualların cavabını haradan bilir?

İntuisiya ilə bağlı tədqiqat aparan alimlər bu qənaətə gəliblər ki, daxildən gələn səs insanın topladığı təcrübədir. Məsələn, insan hər hansı təhlükəni görür, amma tam olaraq gördüyünü dərk edə bilmir. Lakin beyin təcrübəyə arxalanaraq ani qərar verir və bunu intuisiya (daxilimizdəki səs) kimi qəbul edirik.

Bizim beynimiz işgüzar işçiyə bənzəyir. Daima gələn informasiyaları yerbəyer etməklə məşğuldur. Hər hansı sualın cavabı lazım olduqda isə o, ən doğru saydığı həll yolunu bizə göstərir. Biz yol gedərkən ayağımızı hara qoyacağımız haqqında düşünmürük, qabağımızdakı su çuxurunun bizdən hansı uzaqlıqda yerləşməsinin riyazi hesablamalarını aparmır və heç bir fizika qanunu düşünmürük. Bütün bunları mexaniki olaraq edirik. Çünki bütün bunlarla bağlı beynimiz ağıl və topladığı təcrübələrə güvənərək ani intuitiv qərar verir. Əgər beynimizlə biliklərimiz arasında boşluq varsa, intuisiya işləməyəcək. Arximedi, Nyutonu və Eynşteyni bir daha xatırlayaq. Onların intuisiyası yox yerdən deyil, məhz uzun illər topladığı bilik və təcrübələr sayəsində işə düşüb. Duyma qabiliyyəti onlara çətin ki, başqa işdə kömək edə bilərdi. Məsələn, xüsusi bilikləri və təcrübəsi olmasaydı, Eynşteynə su kəmərini düzəltməsində intuisiyası elə də kömək ola bilməzdi.

Alimlərin fikrincə, qadınlarda intuisiya kişilərə nisbətən daha yaxşı inkişaf edib. Ona görə ki, onların intuisiyası təkamül nəticəsində daha yaxşı inkişaf yolu keçib. Antropoloqlar deyir: “Əsrlərdir ki, qadınlar insan münasibətlərini öyrənirlər”.

Qadın uşaq dünyaya gətirib, böyüdüb və evin qayğısına qaldığı üçün insanlarla çox təmasda olur. Bax buna görə qadınlar insanları daha yaxşı tanıyır. Biz yenə intuisiyanın təcrübə üzərində qurulduğunun təsdiqini tapır.

İntuisiya kim tərəfindən verilib?

Kimisi intuisiyanı təsadüf adlandırır, kimisi şans sayır, bəziləri isə ümumiyyətlə, bunu uydurma hesab edir.

Bəs o zaman öz hissələrinə güvənərək faciədən, hətta ölümdən belə xilas olan insanlara nə ad verək? Təyyarənin göyə qalxmasına az qalmış uçmaqdan imtina edən insanlara nə deməli? Bir-birindən uzaqda yaşayan insanların öz doğma və yaxınlarının təhlükədə olmasını hiss etməsinin adını nə qoyaq? Nəhayət, insanların bütün həyatını dəyişdirəcək qərarları yalnız hisslərinə güvənərək vermələrini necə izah edək? Bütün bunların izahı bir yolludur. Başqa sözlə, “ağlın yolu birdir”. Yəni altıncı hiss, intuisiya və ya daxili səs...

Bu hissin bizə haradan gəlməsi, kim tərəfindən göndərilməsi ilə bağlı çox fərziyyələr var. Lakin insan oğlu həmişə ona rahat olan, onu yormayan fikirlərə inanmağı üstün tutur. Fikirləri təqdim etmək bizdən, nəyə inanıb-inanmamaq isə sizdən. Ümumiyyətlə, intuisiyalarla bağlı 3 böyük fikir var.

1. Təbii intuisiya - Metofizik baxış.

2. Allah tərəfindən xilas - Dialetk yanaşma.

3. Fövqəltəbii qüvvələrin müdaxiləsi - Ezoterik konsepsiya.

İnsanın bir saniyə ərzində heç bir xüsusi biliyə sahib olmadan gələcəyi qabaqcadan duymaq və həyatının yeganə düzgün qərarını vermək imkanın haradan gəldiyini anlamaq üçün bütün versiyalara bir-bir baxaq.

İntuisiya - təbiətin oyunu?

Daha doğrusu, intuisiya insanlara doğuşdan verilən hissdir. İnsan yaş dolduqca topladığı təcrübə və biliklər nəticəsində onun analizetmə qabiliyyəti yüksəlir və intuisiya hissi nəzərəçarpacaq dərəcədə artır.

Bu arqumentin tərəfdaşları dediklərini təsdiqləmək üçün heyvanları misal gətirirlər. Heyvanların öncədən təbii fəlakətin baş verməsini hiss etmələrinin və həmin ərazidən uzaqlaşmalarının dəfələrlə şahidi olmuşuq. Hətta sübut da olunub ki, bəzi həşərat və gəmiricilər insanların onlara verəcəyi ziyanı əvvəlcədən hiss edirlər.

1906-cı ildə San-Fransiskoda olan bütün ev və çöl pişiklər insanları dəhşətə gətirib. Həmin gün onların miyoltusu, həyəcanlı ora-bura qaçmaları, hətta balalarını götürüb gizlətmələri insanları əməlli-başlı qorxuya salmışdı. Lakin onlar buna bir anlam verə bilməmişdilər. İnsanlar haradan bilərdilər ki, pişiklərin bu hay-həşiri 17 apreldə 3 min insanın həyatına son qoyacaq təbii fəlakətin zəlzələnin xəbərçisi imiş...

İntuisiya – Allah tərəfində verilən mükafatdırmı?

İstənilən din xadimi bu sualın cavabını təsdiqləyəcək. Axı onların fikrincə, hər şey Allahın əlindədir. Başımıza gələcək pis hadisələrdən bizi məhz O xilas edir, O hər hansı bir yolla içimizi narahatlıq hissi ilə doldurur. İlk baxışda bu, ən doğru və rahat başa düşəcəyimiz versiyalardan biridir. Ancaq ortaya başqa suallar da çıxır. Sualı belə qoyaq. O, zaman Allah niyə bu qədər seçici yanaşır? Gəlin təyyarə ilə bağlı hadisələrə baxaq. Əgər bir nəfər faciəni olacağını hiss edibsə, niyə digərlərinə bu agah olmayıb? Niyə bütün heyvanlar faciəni əvvəlcədən hiss edir, insanlardan isə yalnız bəziləri bunu duya bilir?

Əlbəttə düşünmək olar ki, Allah yalnız seçilmişləri, daha doğrusu, hələ ömrü bitməmiş insanları xilas edir. Bu zaman kimdəsə belə bir sual yarana bilər: Təyyarə qəzasından, yaxud digər faciələrdən xilas olanlar, orada canlarının itirənlərdən azmı günahsızdır? Amma dini yanaşmada ölüm-qalım məsələsinin günahla əlaqəsinin olmamasını da qulaqardı etməmək lazımdır.

Təyyarəyə minməyərək qəzadan xilas olanların sayı 3 faizdir. Bəzi alimlərin dediyinə görə isə, öz hisslərinə güvənə biləcək insanların sayı dünyada 20% təşkil edir. Bəlkə doğrudan Allah ancaq sevdiyi, yaxud hələ yaşamalı olan bəndələri qoruyur...

Bir çox məşhur alimləri, siyasətçiləri və biznesmenləri intuisiyası xilas edib. Məhz daxilindəki səs onlara lazımı vaxtda düzgün cavabı verib. Məsələn, intuisiya Britaniyanın baş naziri Uiston Cörçilin həyatını dəfələrlə qurtarıb. Deyilənə görə, siyasətçi 6-cı hissinə həmişə güvənib. Belə ki, gənclikdə müharibə jurnalisti işləyən gələcək siyasətçi reportaj üçün İngilis-boer müharibəsinə yollanır. Çörçilin getdiyi qatarı atəşə tuturlar və onun özünü isə boerlər tərəfindən əsir götürürlər. Bir ay keçəndən sonra o, oradan qaçmağa nail olur. Xilas üçün kəndlərin birinə yollanır və oradakı tapdığı bir evin qapısını döyür. Sonradan aydın olur ki, onun getdiyin ev ingilislərə aid olan evdir. Həmyerliləri onu orada bir neçə gün zirzəmidə gizlədəndən sonra sərhədi keçməkdə ona kömək edirlər.

İkinci dəfə intuisiya baş nazirin ikinci dünya müharibəsi zamanı köməyinə çatır. O, Daunq-Street də nahar edərkən, qəflətən qalxaraq mətbəxə yollanır. İşçilərə dərhal sığınacağa düşmələrini tapşırır. Bir saatdan sonra mətbəx mərmi yağışına tutulur.

Uiston Çörçilin daxilli hissi üçüncü dəfə onun avtomobilini partladaraq canına qəsd etmək istəyəndə dadına çatır. O, hər zaman avtomobildə oturduğun tərəfdə əyləşmir və bu, onu ölümdən qurtarır. Daha sonra baş nazir bunu belə xatırlayır: “Sanki gözəgörünməz kimsə mənə başqa tərəfdə oturmağımı dedi”.

İntuisiya - paralel dünyadan bizə xəbardarlıqdırmı?

Demək olar ki, bəşəriyyətin mövcud olduğu bütün dövrlərdə intuisiya “paralel” qüvvələrin bizə təsiri kimi düşünülüb. İntuisiyanı “daxildən gələn səs” adlandıran Sokratın möhtəşəm intuisiyaya sahib olduğunu deyirlər. Amma bu intuisiya onu məhkəmədən və dəhşətli edamdan xilas etməyə yetmədi...

Buna baxmayaraq, intuisiyanın ezoterik mənşəli olması düşüncəsi orta əsrlərdə, maarifçilik dövründə və yeni dövrdə də olub. Bununla bağlı müxtəlif simvollar və eyhamlar dövrümüzdə də məşhurdur. Buna misal olaraq medyum və ekstrasenslərin əfsanəvi “üçüncü göz”-ü, astral bilikləri və texnikasını göstərmək olar.

Məsələn, Edqar Keys. Onun intuisiyası o qədər güclü idi ki, yaxın və uzaq gələcəklə bağlı baş verə biləcək mühüm hadisələri hiss edə bilirdi. O, 1922-ci ilin iqtisadi böhranını, XX əsrdə 2-ci dünya müharibəsinin olacağını da demişdi, lakin o zamanlar ona inananlar az idi... Keys yenidən SSRİ-nin birləşəcəyini, Nyu-Yorkun (ABŞ-ın) yer üzündən silinəcəyini və Karib dənizində torpaq yaranacağını da açıqlayıb... O, gələcəyimizlə bağlı inanmaqda güclük çəkəcəyimiz hadisələrin hamısını deyib. İnsanları az da olsa baş verəcəklərdən qorumaq üçün...

Haşiyə: Onun bizi niyə və nədən qorumaq istədiyini gələn yazıda sizlər üçün araşdıracam.

Hə, qayıdaq mövzumuza. Əslində başqa tərəfdən baxanda belə yanaşma bir çox şeyi izah edə bilər. Birdən-birə “hisslərin” yaranıb itməsini, bu versiya çox aydın başa salır. Ancaq yenə də dumanlı qalan tərəf var. Həmişə məntiqi təfəkkürə əsasən düşünən insan intuisiya haqqında belə gizli və cavabsız fərziyyələrin fırıldaq olduğunu düşünür (necə ki, Edqar Keyse inanmırıq).

Məhz bu səbəbdən bununla bağlı mübahisələr hələ uzun zaman səngiməyəcək. Bir şey dəqiqdir. İntuisiya və ya daxili səs insanın psixoloji durumu, inamı və bilmədiyimiz qüvvələrlə bağlı az öyrənilmiş çətin biokimyəvi prosesdir.

Yeri gəlmişkən...

İntuisiyanın yaranmasına beynin sağ yarımkürəsi cavab verir və altıncı hissin inkişafı üçün, bu sahəni məşq etdirmək lazımdır. Beynin sağ yarımkürəsinin fəaliyyətini yaxşılaşdırmaq üçün isə rəsm çəkin, musiqi dinləyin bir sözlə incəsənətlə məşğul olun.

Mələk Heydərova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm