• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Markes: “Həyat yoldaşım məhz buna görə məni nəvazişlə “it oğlu” adlandırır” - MÜSAHİBƏ

  • Xüsusi
  • 31 Avqust 2017 15:03
  • 1 511 Baxış
Markes: “Həyat yoldaşım məhz buna görə məni nəvazişlə “it oğlu” adlandırır” - MÜSAHİBƏ

Onu ən çox qarışıq miflər və tapmacalarla dolu əsərlərinə görə sevirik. Bəşər ədəbiyyatına bəxş etdiyi saf sevgidən agah insanların yaşadıqları dünyaya hər dəfə yenidən səyahət etmək istəyirik. “Dünyada cansız heç nə yoxdur, sadəcə ruhları oyatmağı bacarmalıq” yaxud “İnsanı anası doğmur. Həyat onu hər dəfə yenidən dünyaya gətirir” kimi nəfis fikirlərin müəllifi, "Nobel" mükafatçısı Qabriel Qarsia Markes...

Publika.az mərhum Kolumbiyalı əfsanənin son müsahibələrindən birini təqdim edir:

- Ən böyük arzunuz nə olub?

- Hər zaman sabun opera janrında yazmaq istəmişəm. Bunu gördükləri işlərə görə sevilmək istəyən insanlar üçün arzulamışam. Çünki özümün də xasiyyətim belədir. Düşünürəm ki, sabun operalar romandan çox işə yarayır.

- Nə ilə mübarizə aparırsınız?

- Daşlaşan dillərlə... Təəssüf ki, bu gün millət, demokratiya anlayışları öz mahiyyətini itirib. Seçkilər təşkil etmək iqtidarında olan hər kəs özünü demokrat sayır.

- Ədəbiyyatın hansı janrında özünüzü uğursuz hesab edirsiniz?

- Mən nağıl yazmağı çox istəyirdim, amma alınmadı. Bir dəfə bitirdiyim nağılı kiçik oğluma oxudum. O, isə kitabı bağlayıb, dedi: “Ata, yəni sən uşaqları bu qədər əfəl hesab edirsən?"

- Nələrin qarşısını almaq istəyərdiniz?

- Xoşagəlməz sürprizlərin. Məsələn, eskalatorlardansa adi pilləkənləri üstün tuturam. Təyyarə haqda ümumiyyətlə danışmıram...

- ABŞ-ın Latın Amerikasına göstərdiyi təsiri necə dəyərləndirirsiniz?

- Bu gün ABŞ Latın Amerikasına böyük sərmayə yatırır. Lakin bizim bir qəpik xərcləmədən etdiyimizin 1%-nə də nail olmayıblar. Biz onların dilinə, musiqisinə, milli xörəklərinə, dünyagörüşlərinə, hətta ən ülvi hisslərinə də müdaxilə edib dəyişirik. Bir sözlə ABŞ-ın bizə qarşı planları özlərinin əleyhinə çalışır.

- Ən təhlükəli xəstəlik hansıdır?

- Məhəbbət öz-özlüyündə çox təhlükəli xəstəlikdir. Eşqin məhvedici qüdrəti var. QİÇS kimi xəstəliklərsə onun riskini bir az da artırır.

- Ən yaxın dostunuz kimdir?

- Gənclik illərimdə ən yaxın dostlarım fahişələr idi. Onların yanına çox vaxt seks üçün yox, təkliyimi ovutmaqdan ötrü gedirdim. Hər zaman deyirəm, evlənməyimin əsas səbəbi nahar masasında tək oturmaqdan bəzməyim olub. Həyat yoldaşım Mersedes məhz buna görə məni nəvazişlə “it oğlu” adlandırır.

- Mersedesin simasında bütün qadınlara xarakteristika verə bilərsiniz?

- Uşaqlarım hələ kiçik idilər. Mən PR (ictimaiyyətlə əlaqələr) menecer və kinostudiyada redaktor vəzifəsində çalışırdım. Lakin kitab yazmaq üçün bu işlərdən imtina etməli idim. Maşınımı satıb, pulu Mersedesə verdim. O hər gün mənim siqaretimi və yazmağım üçün kağız, qələm alırdı. Evi tək idarə edirdi.

Kitabı yazıb bitirəndə məlum oldu ki, məhəllənin qəssabına çox böyük məbləğdə borcumuz yığılıb. Mersedes ətrafda şaiə yaydı ki, yazdığım kitab həddən artıq dəyərlidir. Əsərimi nəşriyyat evinə yollamaq üçün də pul tələb olunurdu. Bütün qonşular, eləcə də borcumuz olan qəssab pul toplayıb mənə verdilər. Onlar istəyirdilər ki, bu möhtəşəm əsərin ərsəyə gəlməsində xidmətləri olsun. Çox az məbləğ çatmırdı. Mən Mersedesin mikserini və saçqurudan fenini satıb pulu tamamladım. Romanım çox böyük uğur qazandı.

Mənim üçün bir teorem var: “Qadınlar dünyanı idarə edir. Bir işdə qadının zəhməti varsa, o heç vaxt uğursuz ola bilməz”.

Onların bağışlamayacağı yalnız bir şey var - xəyanət...

Oyunun qaydaları nə qədər ağr olursa-olsun, qadın onu bəri başdan qəbul edir. Lakin bu müddətdə hadisələrin gedişatı dəyişərsə, o amansız vəhşiyə çevrilir.

- Ədəbiyyatın qayəsi nə üzərində qurulmalıdır?

- Bəzən kubalı ədəbiyyatçılarla mübahisəm yaranırdı. Onlar “Yüz ilin tənhalığı” əsərini müzakirə edərkən mənə iradlarını bildirirdilər. Deyirdilər ki, əsərin sonunda problemlər həllini tapmır. Mənim üçün əsər belə olmalıdır. O mövcud vəziyyəti təsvir etməlidir, problemlərin həllini göstərməməlidir.

Mən xırda burjua yazıçısıyam. Problemləri həll etmək qüdrətinə sahib deyiləm.

- Həyatdakı məqsədiniz nədir?

- İstəyirəm insanlar məni sevsinlər. Ona görə də yazıram. Bilirəm ki, mənə nifrət edənlər də var. Buradan onlara səslənirəm - MƏNİ SEVİN!

- Yazıçı olmasaydınız...

- Aşiqlərin bir-birinə olan sevgisini alovlandıran bar musiqiçi işləyərdim.

- Sizcə nəyi etmədən ölmək olmaz?

- Aşiq olduğunuz insanla sevişmədən əsla ölməyin!

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR