Elşad Xose Oksana ilə aralarında olanlardan DANIŞDI: “Varlı ailənin oğlu...” - - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Elşad Xose Oksana ilə aralarında olanlardan DANIŞDI: “Varlı ailənin oğlu...” - - MÜSAHİBƏ/FOTO

“Bu illərdə ərzində...”

“Real həyatda da biz bir-birimizin mələyiyik. Səkkiz ildir tanışıq və bu illərdə ərzində heç bir payızım onsuz olmayıb!”

Bu sözləri “Mələyin öpüşü” filmində rəqqasə və aktrisa Oksana Rəsulova ilə tərəf müqabili olan reper Elşad Xose deyib.

Sentyabrın 25-də 38 yaşı tamam olan reper Publika.az-amüsahibə verib.

- Uzun müddətdir görünmürdünüz. Niyə efirlərdən uzaq düşmüşdünüz?

- “Mələyin öpüşü” filminin çəkilişlərinə başım qarışmışdı. Görünməsəm də, yeni mahnılar üzərində işləyirdim, sadəcə hələ tam hazır deyil.

- Təkliyə qapılmağınızın səbəbi nə idi?

- Bilmirəm, ruh halımla bağlıdır. Hər şeyə qarşı leqeyd olmuşam, 5-10 il əvvəl atmosfer tamam başqa cür idi. Yəqin ki, burada yaş amilinin də rolu var.

- Atmosfer dedikdə nəyi nəzərdə tutursunuz?

- Əlbəttə ki, şou aləmini. Mən indi şou aləmində əvvəlki coşğu, əvvəlki həvəs və əlvvəki qığılcımı hiss etmirəm.

- Sizcə, Azərbaycanda rep janrı inkişaf edir?

- Bu sahədə çalışan, maraqlı repler yazan kifayət qədər reperlər var. Təəssüf ki, inkişaf çox ləng gedir.

- Sizdə olan hansı xüsusiyyət indiki reperlərdə çatmır?

- Yəqin ki, rəqabət.

- Reper kimi məşhurlaşmısınız, amma rəssamlıqla da məşğul olursunuz. Bu yaxınlarda sizi “Mələyin öpüşü” filmində baş rolda gördük. Bu üç sahədən hansı sizə daha yaxındır?

- Sözün düzü, aktyorluq bizim gördüyümüz işlərdən çox da uzaq sahə deyil. Filmə çəkilməzdən əvvəl çox fikirləşdim ki, “Görəsən necə alınacaq?”, “Süni və bayağı görünməz ki?”. Mənə elə gəlir ki, alındı. Amma bu üç peşədən ən çox ürəyimə yatan rəssamlıqdır.

- Filmdə, yoxsa həyatda rola girmək çətindir?

- Həyatda rola girən insan olmadığım üçün filmdə deyirəm.

- Aktyor kimi fəalyyət göstərməyə davam edəcəksiniz?

- Aktyor olmasam da, kino dəqiq olacaq.

- “Mələyin öpüşü” filmində varlı ailənin ərköyün övladını canlandırmısnız. Sizcə, tamaşaçılar tənqid etdiyiniz obrazdan nəticə çıxara biləcək?

- Oynadığım rol mənə qeyri-adi gəlmir, çünki ətafımızda belə nümunələr çoxdur. Varlı ailələrdə evin tək oğulları adətən ərköyün və özündənrazı olur. Kinoda canlandırdığım obraz həyatla paraleldir. Həyatdan götürülmüş məqamlar çoxdur.

- Sizin timsalınızda özünü görən insanlar filmdən düzgün nəticə çıxaracaq?

- İnanmıram, hər kəs öz yaşadığı həyatdan nəticə çıxarır. Müəyyən yaşda valideynlər cavanlara əl dəyməməyə çalışır, çünki onların çılğın zamanı olur. Hesab edirəm ki, hərə öz həyatını yaşamalı və həyat təcrübəsindən irəli gələrək qərarlar verməlidir.

- Filmin ikinci hissəsinin çəkilməsi planlaşdırılır?

- Sonluğu naməlum bitdiyi üçün ikinci hissəni çəkmək olar, amma hələ nəzərdə tutulmayıb.

- “Mələyin öpüşü”ndə Oksana Rəsulova xilaskarınız rolunda çəkilib. O, real həyatda da sizin mələyinizdir?

- Bəli, biz real həyatda da biz bir-birimizin mələyiyik.

- Sentyabrın 25-də 38 yaşınız tamam oldu. Bu elə yaş dövrüdür ki, bəziləri ömrün ən gözəl çağlarının başa çatdığını və qocalığa doğru getdiyini düşünür. Siz nə düşünürsüz?

- Yaşım haqqında heç vaxt heç nə düşünməmişəm.

- Doğum tarixinizi bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Kənardan yadıma salmasalar, doğum günüm olduğunu xatırlamaram. Doğum günü mənim üçün xüsusi məna ifadə etmir, ona çox biganə yanaşıram.

- Neçə payızınız Oksana xanımsız keçib?

- Biz səkkiz ildir tanışıq və hələ ki Oksanasız payızım olmayıb.

- Müasir qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə çalışır. Bəs kişilərdə bu barədə vəziyyət necədir? Elşad Xose bu yaşdan sonra nələri özünə sübut etmək fikrindədir?

- Elşad Xose nə yaş, nə zaman, nə də ictimai qınaqdan asılı olmayaraq yaşayır. Dediyim kimi, yaş haqqında dərin fikirləşməmişəm, amma son zamanlar hiss edirəm ki, vaxt tez uçur. Gözünü yumub açırsan ki, 10 il gedib...

- Sizi qınayanlar çox olur?

- Fikir vermirəm, həyatımı həmişə öz bildiyim kimi yaşamışam. Kim qəbul edirsə, etsin, etməyən də özü bilər.

- Məşhur yazıçı Remark deyir ki, bizi qocaldan xatirələrimizdir. Əbədi gəncliyin sirri odur ki, unutmağı bacarasan. Sizcə, unutmağı bacarmaq qocalmağın qarşısını almağa kömək edir? Ümumiyyətlə, insanlar uzunömürlü olmaq üçün nə etməlidir?

- Razı deyiləm, müəyyən xatirələr var ki, istər-istəməz keçmişlə yaşayırsan. Gələcək bəlli deyil, odur ki, gələcəklə yaşamaq mümkün deyil, həm də məqsədəuyğun hesab etmirəm. Keçmiş isə hər adamın gələcəyində rol oyanyır. Elə xatirlər var ki, onlar unutmaq olmur...

- Belə deyirlər ki, təəccübləndirməyi bacaran insanlar ruhən həmişə cavandır. Siz işlərinizlə təəccübləndirməyi, yoxsa düşündürməyi bacaranlardansınız? Bunlardan hansı daha vacibdir?

- Hər hansı bir iş görəndə əvvəlcədən özümə məqsəd qoymuram ki, kimisə təəccüblədirməliyəm, ya da düşündürməliyəm. Bu, işi təqdim edəndən sonra insanların onu necə qəbul etməsindən asılıdır.

- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər, bu baxımdan sizin qismətinizə hansı ömrü yaşamaq nəsib olub?

- Həyat hələ qarşıdadır, yaşayarıq, görərik.

- Bu yaşa qədər yaxşı və pis insanları bir-birindən fərqləndirməyi öyrənə bilmisiniz? Yoxsa, həyat sizi təəccübləndirməyə davam edir...

- Xeyirlə şəri bir-birindən ayrımağı çoxdan öyrənmişəm, uşaqlıqdan.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm