Azər Axşam qadınların yaşını gizlətməsinin SƏBƏBİNİ AÇDI: “Məni qorxuya salır” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azər Axşam qadınların yaşını gizlətməsinin SƏBƏBİNİ AÇDI: “Məni qorxuya salır” - MÜSAHİBƏ

Tanınmış aparıcı və aktyor Azər Axşam Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

Məşhurun cavablarını təqdim edirik:

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Məni narahat edən bir çox məsələləri var, təəssüf ki, onları dəyişdirmək mümkün deyil. Amma özümü dəyişdirməzdim.

- İndiki ağlım olsaydı...

- Doğulmazdım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yəqin ki, onları sevən qadınlara.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hesab edirəm ki, kişinin sözündən çıxmayan xanımlar hər zaman sevilir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Kişilərdən cavan görünmək üçün gizlədirlər (gülür).

- Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə təbii ki, məyus oluram. Şiddəti nəinki xanımlar, heç kişilər də sevmir. Ümumiyyətlə, insana yaraşan hərəkət deyil.

- Təəssüf edirəm ki...

- Qoy, bu bənd cavabsız qalsın, çünki kimlərsə səhv başa düşər, xoşagəlməz söz-söhbətlərə səbəb ola bilər.

- Vanqa nənə ilə görüşsəydim...

- Özüm haqqında heç nə soruşmazdım. Gələcəyi öyrənməyi sevmirəm.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Küsülü olduğum insan yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq lənət deyil, həm də baxır kimin üçün. Bəzən çoxluq insan üçün lənət olur.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Həmin adama deyirəm ki, mən də belə yalan danışıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bütün bərabərliklər yalnız Allaha məxsusdur. Bərabərsizlik ona görə var ki, biz kiməsə baxıb şükür edək və öz səhvlərimizi düzəldə bilək.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Dünya dağılacaq.

- Günahlarım yadıma düşəndə...

- Bu barədə tez-tez fikirləşirəm və axirət məni qorxuya salır.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Ən pisiniz elə mənim kimi olun.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Heç zaman itirməmişəm. İlahi ədalət var, olub və olacaq. Çünki dünya elə onun üzərində qurulub.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- İnsanlara icazə vermirəm ki, sadəliyimi sadəlövhlüklə səhv salsınlar.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Düşünmədən addım atmıram, verdiyim qərarları yüz ölçüb bir biçirəm.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Hamı kimi, Allaha sığınaraq vəziyyətdən çıxaram.

- Yaxşı gündə, pis gündə...

- Ümidimi itirmirəm.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm