Burak Özçivit Fahriye Evcenin GİZLİNLƏRİNİ AÇDI: “İnanılmaz qadındır” - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Burak Özçivit Fahriye Evcenin GİZLİNLƏRİNİ AÇDI: “İnanılmaz qadındır” - MÜSAHİBƏ/FOTO

Sadəcə yaraşığına güvənmədi, özünü davamlı inkişaf etdirdi. Bəli, o, getdiyi hər yerdə məqsədsiz və istəmədən izdiham yaradacaq qədər yaraşıqlıdır. Amma yaşından daha yetkindir və xoşbəxt davam edən evliliyi var.

Ailəsi üç nəsildir kababçılıqla məşğul olur. Burak da onların bu sənətini davam etdirmək istəməyən nəvələridir. Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsinin Fotoqraf ixtisasını oxuyub, karyerasına model kimi gəlib, hazırda aktyorluq və rejissorluqla məşğul olur.

“Vətən sevgimə heç kim şübhə ilə yanşa bilməz” deyən Burak Özçivit hesab edir ki, aktyor ona təklif olunan hər rolu oynamağı bacarmalıdır. Yeməklə arası çox yaxşı olmasa da, xanımı Fahriye Evcenin yeməklərini çox bəyənir. Hətta hesab edir ki, heç kim Fahriye qədər gözəl plov bişirə bilməz.

Publika.az xəbər verir ki, bu həftə “Can Fəda” filminin qalasına hazırlaşan Burak Özçivit məşhur jurnalist Aşye Armana müsahibə verib.

- Bir kişinin bu qədər yaraşıqlı olması problem yaratmır?

- İndi mən buna nə deyim? Həyata elə baxmıram. Problem olduğunu düşünsəydim, bu səviyyəyə gəlməzdim İnsanın zahiri yaraşıqlı ola bilər, amma mütləq başqa üstünlüklərin də olmalıdır. Məsələn, ağıl, zəka, istedad, bacarıq, peşəsinə həvəslə bağlı olmaq kimi keyfiyyətlər. Mən də bu keyfiyyətlərə sahib olmaq üçün xeyli baş sındırdım.

- Təbii ki, yeganə üstünlüyün sadəcə yaraşığın deyil. Vyanada çəkilən videonu gördüm. Adamı başdan çıxarır, orada yaşadıqlarını danışa bilərsən?

- Etiraf edirəm ki, biz də təəccübləndik! Ər və arvad istirahətə getmişik, quşlar kimi sərbəst və xoşbəxtik. Qaldığımız hotelin eyvanında bir selfie çəkdik. Bilmirdik ki, arxadakı meydan oranın ən məşhur yeridir. Sonra çölə gəzməyə çıxdıq. Bir neçə saat sonra hotelə qayıtdıq. Bir də baxdıq ki, yollar bağlanıb, böyük izdiham yaranmışdı. Meydan polislə dolu idi. Çox təəccüblənmişdik, çünki bir gün əvvəl Yeni İl olsa da, bu qədər qələbəlik deyildi! Nə baş verdiyini bilmədik. Hotel əməkdaşlarına zəng edəndə dedilər ki, ön qapını bağlayıblar. Bizə "Arxa qapıdan gəlin" dedilər. Otağımıza arxa qapıdan çıxdıq.

- Hələ də nə olduğunu bilmirsiniz?

- Xeyr, millət elə hey qışqırırdı! Uğultu, gurultu bir-birinə qarışmışdı, qiyamət qopurdu. Sonra bir polis gəlib qapını döydü və "Siz kimsiniz?” deyə sual verdi. Donub qalmışdıq, "Necə yəni, biz nə etmişik?” deyə soruşduq.

Cavabında "Bir foto paylaşmısınız, bu insanlara nə olub? Niyə buraya yığılıblar?” dedilər. Əlbəttə ki, o anda şok keçirdik! O izdihamın bizim üçün orada olduğunu anladıq! Ertəsi gün bizi yeməkxanadan çölə çıxardılar. Polis küçəni bağlamışdı. Bizi şüşələri qara mikroavtobusla hava limanına apardılar. İzdihama görə hava limanına dörd saat əvvəlcədən getdik. İki nəfəri nəzarətə almışdılar. Bir fotonun nələrə qadir olacağını o gün, orada öyrəndik. Qəzetlər bu xəbəri 3-cü Vyana mühasirəsi kimi təqdim etmişdi.

- Özünü "rok star” kimi hiss elədin?

- Yox, əşşi, onları keçmişəm.

- Yaraşığın şəxsiyyətini və ağlını kölgədə qoyur?

- Yox, çünki aktyorluq tamamilə rolla əlaqədardır. Rolun içinə girməli və oynadığın şəxs olmalısan. Buna nail olanda da tamaşaçılar səni deyil, oynadığın xarakteri görür.

- Bəs elə olur ki, rola girə bilmirsiniz?

- Məndə olmayıb. Bu, sehrbazlıqla eynidir. Sehrbaz da öz sehrini hazırladıqdan sonra göstərir. Aktyorluq da belədir, hazırlanırsınız və rolu canlandırırsınız. Mən də rolum üzərində çalışıram. Amma hər şey çəkiliş prosesində bəlli olur.

- Necə yəni?

- Serialda canlandırılan obraz birincidə yox, dördüncü bölümdən sonra oturur. Zamanla xarakterin keyfiyyətlərini özün üçün kəşf edirsən. Əlbəttə ki, bu baxımdan rolunu kinoda təsirli oynamaq daha çətindir. Çəkilişlər beş həftəyə bitir, aktyor kinoda daha çox əziyyət çəkir.

- Evlilik necə gedir?

- Əla.

- Evliliyinizin bir ili tamam olmamış haqqınızda boşanma xəbərlərinin çıxması normaldır?

- Vallah nə deyim, insanlar lap qəribədir. Amma biz bu xəbərlərə baş qoşmağı çox sevmirik.

- Yazılanların hamısı yalandır?

- Əlbəttə! Səhər oyananda qəzeti əlinə alırsan və “Bu nədir?” deyirsən.

- Bəs niyə xəbəri yazanlara zəng edib təkzib etmirsiniz?

- Bu işin sonu yoxdur ki! Dibsiz quyudur. Onsuz da sosial medianın olduğu dövrdə kiməsə zəng etməyə gərək yoxdur. Xəbər yazanlara bu günə qədər heç bir söz deməmişəm. Sosial mediadan da cavab vermədim. Onsuz da insanlar zamanla yazılanların doğru olmadığını anlayır.

- Səni Fahriyedən ayırmaq istəyən fanatların varmı?

- Maraqlıdır ki, biz ən çox bəyənilən ulduz cütlüyük. Bu qiymətləndirmə çox xoşuma gəlir, şanslıyıq. İkimizi də ayrı-ayrı sevirlər.

- Fahriyenin çirkin olduğunu və sənə yaraşmadığını deyənlərə nə sözün var?

- Fahriye birdənəmdir!

- Qartal Tibet sənin həyatında nə ifadə edir?

- Qartal hoca mənim üçün çox dəyərlidir. Ondan çox şey öyrəndim. O ağsaqqaldır. Bu sektorun hər işini bilir. “Yeşilçam”dan, teatrdan, aktyorluq sənətindən tutmuş rejissorluğa qədər hər işi bilir və bacarıqlıdır. Ona təslim olsanız, müvəffəqiyyətli olarsınız. Mən elə də etdim. Yeni başlayanda ona təslim oldum. Məsələn, Qartal hocanın bütün montajlarında iştirak etdim. Baş rol ifaçısını montaja salmadan işi qəbul etmirdi. Çünki "Bir oyunçu montajı bilmədən aktyorluq edə bilməz” deyirdi. Haqlı çıxdı. Hansı səhvlərə yol verdiyini montajda öyrənirsən. Həyatda da elə deyilmi? Mən yığmalara girə-girə səhvlərimi gördüm.

- Bu sənətdə onunla işləmək sənə uğur gətirib. Başqa kimə borclusan?

- Qartal Tibetdən sonra Teymur Savcı ilə çalışmaq mənə uğur gətirdi. "Möhtəşəm 100 il”in prodüseridir. Daha sonra Kərəm Çatayla da çalışmışam. Bu üçünün karyeramda mühüm yeri var. Amma mənim üçün həyat inkişaf etmək və daha da irəliləmək deməkdir. Məsələn, gözəl sənətlərdə fotoqrafiya sənətini oxudum, amma bir yerdə qalmadım. Rəsm təhsili almasam da, yaxşı rəsm çəkirəm. Universitetə də rəssamlıq qabiliyyətim sayəsində qəbul oldum. Oradan fotoya keçdim. Kameranın arxasından da qabağına keçdim və aktyor oldum. Hazırda rejissorluq edirəm.

- Sənin üçün vətən sevgisini nə ifadə edir?

- Mənim üçün bu, müzakirəolunmaz mövzudur. Heç kəsə icazə vermirəm ki, vətən sevgimə şübhə ilə yanaşsın. Vətənpərvərəm, “Can Fəda” filmindən bəlli olmur ki?

- Yeri gəlmişkən, niyə hərbi mövzusunda filmi çəkdin? Şəraitə uyğun gəlir deyə...

- Biz illərdir ki, Amerika istehsalı olan hərbi filmləri izləyirik. Amerika kino sahəsində bir nömrədir. Bizim seriallarımız da Amerikadan sonra dünyada ikinci yerdədir. Çəkildiyim 3 serial xaricdə təqdim olunur. Xaricdə də gücüm var. Amerikalı edirsə mən niyə çəkməyim?

- "Can Fəda” harada çəkildi?

- Əskişəhərdə çox böyük bir çəkiliş meydançası yaratdıq. 15 gün ərzində dağlarda soyuqda qaldıq, yerdə yatdıq. Cib telefonu filan yox idi. Yemək də çox az idi. Gündə dörd dəfə idman və huşumuzu itirənə qədər məşq edirdik! İş prosesinin kamera arxası görüntlərini yayımlayacağıq. Yaş paltarlarla gəzirdim, az qalsın zökəm olacaqdım. Bu müddət ərzində vanna da qəbul etmədik, onsuz da elə bir şansımız yox idi.

Qala gecəsi 6 Apreldə baş tutacaq. Həyəcanlıyam, amma heç vaxt proqnoz vermirəm.

- Səbəb?

- Çünki təyin etmək olmur. Kino sektoru sizi hər an təəccübləndirə bilər. Serialda faktlar var, ona görə hərəkət edirsiniz. Hər axşam evdə pulsuz serialları izləyirsiniz və pult öz əlinizdədir. Amma kinoya pul verib gəlirsiniz.

- Aktyorluğun ən güclü tərəfi nədir?

- Məsələ təkcə aktyorluqda deyil, yaxşı insan olmalısan.

- Ooooo! Ağır danışdın.

- Vallah elədir. Mənim özümlə bağlı yeganə məqsədim yaxşı insan olmaqdır. Çəkilişə gələndə gülümsəmək, küçədəki insanı, tamaşaçını sevmək vacib amillərdir. Yaxşı insan olmasan, uğurlu aktyor ola bilməzsən.

- Kino bazarında da belə tanınırsan?

- Belə tanınmağım məni yalnız xoşbəxt edər. Bir insanın arxasından söylənəcək ən gözəl fikir: "Yaxşı adam idi!” sözləridir. Bu kifayətdir, başqa şeyə ehtiyac yoxdur. Amma bunu düşünmək çox asan deyil. Yaxşı insan olduqdan sonra həyatı daha dolğun yaşayırsınız. Hamımız müxtəlif işlər görürük. İnsanın peşəsini sevə-sevə görməsi mühümdür, amma yaxşı insan olması daha əhəmiyyətlidir!

Qazandığımı öz işimə yatırıram. İstədiyim layihəni həyata keçirməyin yollarını axtardım və gördüm ki, bunun üçün prodüser şirkəti qurmalısan. Bəlkə riskə gedirəm, amma qazancımı yatırıram. Bəzən udursan, bəzən itirirsən.

- Sərbəstliyin üçün darıxırsan?

- Bu vəziyyətə alışmışam. Burada həyat yoldaşınızın dəstəyinin də rolu var. Fahriye də aktrisa olduğu üçün nə yaşadığımı, nə hiss etdiyimi bilir. Odur ki, ikimiz də bir-birimizə bu mənada çox dəstək oluruq.

- Türkiyədə dincəlmək üçün hara gedirsiniz?

- Türkiyədə istirahət edərkən çətinlik çəkirik. Məsələn, universitetdə deyərdilər ki, get Eminönünə şəkil çək. Vapura minib gedərdim. Əlbəttə ki, indi o qədər azad deyiləm. Amma istirahətə ehtiyac duyanda gedirəm. Fahriye ilə qara kaskamızı başımıza taxıb motosikletlə şəhər gəzintisinə çıxmağı sevirik.

- Sən motosiklet sürürsən?

- Bəli. Atam istəmirdi, hətta qiyamət qopartmışdı. Bir il sonra dostlarım zəng edib "Bülent Abini motosikletdə gördük” deyəndə şoka düşmüşdüm ki, mənə icazə vermir, amma özü minir.

- "Can Fəda” filmi nədən bəhs edir?

- Türk əsgərinin vicdanlı olmasından. Filmin şüarı belədir: Türk əsgərinin vicdanı güllədən öndə gedir! Dünyanın heç bir yerində, heç bir əsgərin etməyəcəyi işləri görə bilmək qüdrətinə malikik. Nə üçün? Çünki vicdanı var. Başqa ölkələrin əsgərləri daha soyuqdur. Amma bizim cəmiyyət belədir. Biz romantik insanlarıq. Küçədə bir uşaq görəndə də başını sığallayırıq. Qərbdə bizdəki qədər səmimiyyət və xeyirxahlıq yoxdur. Biz hisslərimizi qabarıq formada ifadə edirik. Biz də hisslərin öndə olacaq film çəkdik.

- Fahriye ilə münasibətləriniz necə başladı?

- “Çalıquşu”ndan sonra. Bu serialda tərəf müqabili idik, orada tanış olub bir-birimizə aşiq olduq.

- Evlilik qərarını vermək çətin olmadı?

- Yox, niyə, çətin olsun ki.

- Sənin kimi bəyənilən adam pərəstişkarlarını itirmək qorxusu yaşamadı?

- Mən heç vaxt elə düşünməmişəm. Sevirdim və evlənmək istədim. Çox da xoşbəxtik. Fikirlərinin və ruhunun uyğun gəldiyi biriylə həyatı paylaşmaqdan gözəl nə var? Bu evlilik daha da tez olardı, amma iş-güc üzündən təxirə saldıq. Dörd ildir birlikdəyik.

- Sevgili kimi də davam edə bilərdiniz.

- Əlbəttə, amma evlənmək istədik. Fahriyenin ailəsi də, mənim ailəm də qərarımızı dəstəklədi. Biz klassik Türk ailəsiyik, qurduğumuz ailə də. Bu ənənənin dəyişməsini istəməmişəm. Həyatdan hər şeyi yalnız apara bilməzsiniz, paylaşmaq gözəl hissdir.

- Əvvəllər gənc aktyorlar subay qalardı.

- Bunlar mənə gülməli gəlir, bu cür həyatı doğru saymıram. Aşiq oldum və evləndim. Bundan ötəsi var? Hər şeydə də hesab olmaz ki.

- Səni qısqanır?

- Fahriye? Qətiyyən.

- O da çox gözəl, çox seksual qadındır. Bəs sən onu qısqanırsan?

- Bir-birimizə olan sevgi qədər hörmətimiz də böyükdür. Mən onun işini bilirəm, o mənim işimi bilir. Odur ki, bizim həyatımızda bu cür münasibətlərə yer yoxdur.

- Öpüş və yataq səhnələrinə də qadağa yoxdur?

- Bir-birimizə hörmət edirik və işimizi də lazımi şəkildə yerinə yetiririk.

- Uşaq istəyirsiniz?

- Qismət. Bu an bilmirəm. Elə bir planımız yoxdur. Evləndikdən sonra mətbuatda hamiləlik xəbərləri çıxır. Amma hazırda belə bir vəziyyət yoxdur.

- Fahriyenin bişirdiyi hansı yemək dadlı alınır?

- Fahriye inanılmaz qadındır! Onun kimi yemək bişirən başqa birini görmədim. Atamdan da yaxşı yemək bişirir. Fahriyenin plovundan yoxdur.

- Sən ən yaxşı nə bişirirsən?

- Əmin ol, heç bir şeyi. Mən yaşamaq üçün yeyirəm.

- Üzük taxırsan.

- Çox sevirəm nişan üzüyü taxmağı.

- Evlənmə təklifin necə oldu?

- Fahriye mənə doğum günü ziyafəti və sürpriz hazırlamışdı. Təbii ki, bunu anladım. Doğum günü tortum gələrkən üzərində ona aldığım üzüyü gördü və şok oldu! O mənə ad günü sürprizi hazırlamışdı, amma mən ona evlənmək təklifi etdim. Üzüyü görən kimi ağlamağa başladı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm