Könül Arifqızı: “Beynimdəki neyron şəbəkəsini özüm idarə edirəm”
Bizi izləyin

Xüsusi

Könül Arifqızı: “Beynimdəki neyron şəbəkəsini özüm idarə edirəm”

Bu dəfə Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı Könül Arifqızı tamamlayıb.

Sevilən aparıcının fikirlərini təqdim edirik:

- İndiki ağlım olsaydı...

- Peşman olduğum və "kaş ki, etməzdim" dediyim hadisə olmayıb.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- İstərdim ki, insanlarda mərhəmət hissi çoxalsın, ədalətli qərarlar versinlər.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Xəyanət etməyən kişi yoxdur.

- Seviləsi qadın olmağın ilkin şərti...

- İlk növbədə qadın özünü sevməlidir ki, başqaları ona hörmətlə yanaşsın. Onda hər kəsə o qadına heyranlıqla baxacaq.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Yaşa dolduqca istər-istəməz kompleksə düşürsən, insana xas xüsusiyyətdir. Yaşım heç vaxt mənim üçün problem olmayıb. Bu gün yoxdur, bəlkə də 10 ildən sonra bu kompleks məndə də olacaq.

- Qadına qarşı şiddət...

- Əlbəttə ki, dəhşətə gəlirəm, nəinki qadına heyvana və hər hansı canlıya qarşı edilən işgəncə kadrları mənə çox pis təsir bağışlayır. Bu cür hərəkətləri insana yaraşdırmıram. Biz ona görə ali varlıq sayılırıq ki, şüurumuz var və canlı ilə necə davranmaq lazım olduğunu bilirik.

- Vicdanıma and olsun ki...

- Vicdanlı insanam və hər zaman ədalətli olmağa çalışıram.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Belə hallar daim baş verir. Ətrafımızda, cəmiyyətdə, ümumiyyətlə dünyada o qədər haqsızlıqlar görürsən ki, bütün bunlar sənin inancını zədələyir. Lakin hər situasiyaya bir tərəfdən baxmaq da olmur. Bəzən baş verənləri anlamaq üçün o vəziyyətin içində olmalısan, impatiya hissi vacib amildir. Hadisələrə o situasiyanın içində olan insanın gözündən baxa bilməlisən. Kənardan baxıb nəyisə müzakirə etsəm və qiymətləndirsəm, obyektiv olmayacaq. Məşhur yəhudi alimi də Eynşteyn deyirdi ki, həyatda hər şey nisbidir.

- Təəssüf edirəm ki...

- Mövcud olduğum zamanı düzgün qiymətləndirməyə çalışıram ki, sonradan təəssüf hissi keçirməyim.

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım, görücülərə inanmıram.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Küsülü olduğum biri yoxdur.

- Unuda bilmədiyim insanı görsəydim...

- Oooo! Beynimdəki neyron şəbəkəsini çalışıram ki, özüm idarə edim. Unutmaq istədiyimi unuduram, hər şey insanın öz əlindədir. Yetər ki, nəyisə ürəkdən istəyəsən.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq insanın özünün seçimidir. Hesab edirəm ki, insanın sahib olduğu mövqe, yer, nüfuzu, vəzifəsi, sosial və ya yaxud ictimai vəziyyəti onun öz seçimidir.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Belə hallar ancaq təbəssüm doğura bilər, onlara gülüşlə cavab verirəm.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bu, Allahın qurduğu bir oyunudur.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bu barədə qoy astrofiziklər danışsın.

- Günahlarım yadıma düşəndə...

- Günah nədir? Günahları fikirləşsək, gərək ayağımızı uzadıb ölək. Bu barədə düşünmürəm.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Həyatda hər şeyi ciddi qəbul etməsinlər, problemlərə daha rahat yanaşmaları olsun.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Xoşlamıram ki, kimsə rahatlığımı pozsun. İcarə vermirəm ki, komfortum pozulsun.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Riskə getməyi sevən insan deyiləm, heç yadıma gəlmir ki, sonuncu dəfə nə zaman risk etmişəm.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Allah özü bizi situasiyadan çıxardr.

- Yaxşı gündə, pis gündə...

- Heç bir halda pozitivliyi itirmək olmaz.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.

- Minnətdaram, qarşılıqıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm