"Uşaqlar günü"ndə balacalar nə düşünürlər? - VİDEO
Bizi izləyin

Xüsusi

"Uşaqlar günü"ndə balacalar nə düşünürlər? - VİDEO

Bu gün - iyun ayının 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Hər ilin bu günü cəmiyyətdə hər kəs balacaların ətrafında toplaşaraq, onların kiçik arzularını yerinə yetirməyə çalışır. Paytaxda bir sıra atraksionlar belə bu gün onların ixtiyarına verilib. Bu günü uşaqlar üçün daha fərqli etmək niyyətilə paytaxtda fəaliyyət göstərən "Nağıllar Dünyası" uşaq bağçasına üz tutduq. Uşaqların bayram haqqında təəssüratlarını öyrənməyə çalışdıq.

Əvvəlcə çəkinib bir kənarda dayansalar da, yavaş-yavaş kamera ışığına toplaşmağa başladılar. Onlar o qədər məsum, o qədər safdırlar ki... Bu balacalar bizim işıqlı gələcəyimizin nümayəndələri, elçiləridir. Uşaqlardan bayramda onları nəyin daha çox xoşbəxt edəcəyini soruşduq. Aldığımız cavablar isə olduqca maraqlı idi.

Publika.az 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti bütün körpələri təbrik edir və onlar üçün hazırlanmış maraqlı video-çarxı gül balalarımızın ixtiyarına verir:

Könül Cəfərli

VİDEO: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm