• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Publika.az 2012-ci ilin martın 1-də fəaliyyətə başlayıb. Sayt xəbər portal olaraq fəaliyyət göstərir. Burada xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə saytı və bölməni birləşdirir.

Nida.az - (siyasi profilli sayt): Burada oxucu əsasən ölkə daxilində və regionda baş verən hadisələrlə bağlı gündəlik ictimai-siyasi xəbərləri, siyasi təhlilləri, həmçinin, şərh və müsahibələri oxuya bilər. Bununla yanaşı, günün sonunda gün ərzində yayımlanmış siyasi xəbərlər “Günün Siyasi Xülasəsi” olaraq təqdim olunur. Məqsəd gün ərzində siyasi xəbərləri izləyə bilməyən oxucuya bir yazıda baş verənləri rahat şəkildə izləmək imkanı yaratmaqdır.

Qırmızı.az - (sosial profilli sayt): bu bölmədə sosial yeniliklər, həmçinin, sosial problemlərə həsr olunan araşdırmalar yer alır. Bölmə özündə “Bilik”, “Səhiyyə”, “Ekologiya”, “İKT”, “Sosial”, “Hadisə”, “Nəqliyyat” sahələrini birləşdirir. Hər sahə üzrə xəbərlər həmin bölmələrdə yayımlanır. Belə bölgü xəbərlərin oxuculara daha rahat şəkildə çatdırılmasına imkan verir. 

Stringer.az - (həvəskar çəkiliş): burada həvəskar oxucuların çəkdikləri, həmçinin müxbirlərin hazırladıqları foto və video xəbərlər yerləşdirilir.

Tabloid - (asudə vaxt saytı): burada mədəniyyət, şou-biznes, dəb dünyası, sağlamlıq və digər maraqlı sahələr üzrə istənilən xəbəri tapmaq mümkündür. Bölmədə  “Sağlamlıq”, “Magazin 1”, “Magazin 2”, “Dəb”, “Art”, “Qadın”, “Dizayn”, “Gözəllik”, “Mətbəx” sahələri ayrılıqda yer alır.

“Sağlamlıq”da insan səhhətinə faydalı olan məlumatlar yer alır.

“Magazin 1”də yerli şou-biznes haqda məlumatlarla tanış ola bilərsinizsə, “Magazin 2”də xarici şou-biznesin maraqlı hadisələri oxuculara təqdim olunur.

“Dəb”də moda aləmindəki yeniliklər, “Art”da rəssamlıq, heykəltəraşlıq kimi spesifik sahələrdə baş verənlərlə tanış olmaq mümkündür. 
“Qadın”da xanımları maraqlandıran xəbərlər yayımlanır.
“Dizayn”da oxucular onlara uğur gətirən daşlardan tutmuş, evlərin dizayn edilməsinə qədər faydalı məlumatlar əldə edə bilirlər.
“Gözəllik”də adından da göründüyü kimi gözəlliyin sirlərindən bəhs olunur.
“Mətbəx”də yerli və xarici mətbəx haqda məlumatlar, evdar xanımlar üçün maraqlı ola biləcək sirlər haqda ətraflı informasiyalar yer alır.

Ekopublika.az - (iqtisadi profilli sayt): Burada ölkədə və dünyada ən mühüm iqtisadi xəbərlərə yer verilməklə yanaşı, 9 bölmə fəaliyyət göstərir.
“Hesabat” bölməsində dünyada və ölkədə baş verən iqtisadi hadisələrin həftəlik hesabatları yer alır.
“Milyonçu” bölməsi layihədir. Burada həm azərbaycanlı, həm də dünyanın ən tanınmış milyarderlərinin həyat yolu, sərvətə necə sahib olduqları, biznes sirlərindən bəhs olunur.
“Müsahibə” bölməsində iqtisadiyyat sahəsinin rəsmiləri və iqtisadi ekspertlərlə gündəmin dəyərləndirilməsi aparılır. Həmçinin, uğurlu iş adamlarından “necə varlanmağ”ın sirləri ilə bağlı müsahibələr yer alır. Bu, həm də biznes sahəsində özünü sınamaq istəyənlər üçün pulsuz konsultasiyadır.
“Banklar” bölməsində bank sektorunda baş verən yeniliklərlə tanış olmaq olar.
“Əmlak” bölməsində daşınar və daşınmaz əmlak bazarının vəziyyəti, həmçinin, bazardakı yeniliklər haqda xəbərlər yer alır.
“Enerji” bölməsində dünyanın enerji bazarındakı hadisələr və ölkə daxilində bu sahədəki xəbərlər yayımlanır.
“Pul” bölməsində maliyyə sektorunda baş verən bütün xəbərlərlə tanış olmaq mümkündür.
“Təhlil” bölməsində iqtisadi gündəmin təhlili aparılır.
“İqtisadi gündəm” bölməsində isə dünyada və ölkədə iqtisadi xəbərlər operativ şəkildə yerləşdirilir.

Gələcəkdə bunların hər biri ayrı sayt şəkilində fəaliyyət göstərəcək. Publika.az bu saytların ümumi platforması olacaq.

Bu saytlarla yanaşı portal özündə bir sıra bölmə və layihələri də birləşdirir.

Rəsmi xronika: bu bölmədə dövlət başçısı tərəfindən imzalanan sərəncamlar, fərmanlar, verilən qərarlar, həmçinin, keçirilən görüşlər, bir sözlə bütün rəsmi xəbərlər yer alır. Bu bölmənin yaradılmasında əsas məqsəd oxucunu maraqlandıran rəsmi xəbərlərin bir yerə toplanması və asanlıqla tapılmasıdır.

Dünya: bu bölmədə dünyada baş verən hadisələr, siyasi proseslər haqda operativ xəbər və şərhlər yer alır.

Maraqlı: bu bölmə oxuculara ən maraqlı məlumatları çatdırır. Misal üçün, oxucu dünya liderlərinin hansı avtomobil sürdüyünü, hansı içkini xoşladığını, yaxud, tarixdə və günümüzdə baş verən sirli hadisələrlə tanış ola bilər.

Mistika: bu bölmə özlüyündə “Paranormal” və “Qoroskop” olmaqla iki bölməyə ayrılır. Birinci bölmədə kosmosun sirlərindən tutmuş, təbiət hadisələrinə qədər bir çox intellektual və mistik məlumatlar yer alır. İkinci bölmədə isə əsasən gündəlik astroloji proqnozlar var.

İdman: bu bölmədə həm yerli, həm də dünya futbol çempiontlarının son xəbərlərini, həmçinin, futbol haqda ən maraqlı və yerli oxucuların tapmaqda çətinlik çəkdiyi məlumatlar, eləcə də idmanın digər növləri haqda son məlumatlar yayımlanır.

Layihələr

Burada ən müxtəlif layihələr kateqoriyalar üzrə yayımlanır.

“Ditdili”də tarixin qaranlıq səhifələrinə işıq tutulur, tarix ədəbiyyatında olmayan ən maraqlı məqamlar oxuculara təqdim olunur.
“Haralısan”da respublikamızın hər bölgəsi haqda həmin bölgənin tanınmış şəxslərinin dili ilə təfsilatlı məlumatlar verilir, həmçinin, hər bölgədə baş verən maraqlı hadisələrdən bəhs olunur.
“Ayırtman”da oxucular saxta məhsulları necə seçmək və aldanmamaq haqda maarifləndirilir.
“Yolçu”da oxucular dünyanın ən maraqlı şəhərlərinə, həmin şəhərlərdə olan məkanlara virtual səyahət edir.
“Dahi ömrü”ndə dünyanın, həmçinin, Azərbaycanın dahi şəxsiyyətlərinin ictimaiyyətə bəlli olmayan tərəflərindən bəhs olunur.
“Bir qətlin tarixçəsi”də ölkədə baş verən qətl hadisələrinin təfərrüatları və bilinməyən tərəfləri haqda məlumatlar oxuculara çatdırılır.
“Müfəttiş”də jurnalist əsil müfəttiş kimi oxucuları maraqlandıran məsələləri araşdırır.
“Oğrudan doğru”da cinayət aləmində baş verən maraqlı hadisələr, kriminal hesablaşmalardan bəhs olunan araşdırmalar yer alır.
“Bildirçin”də tanınmış şəxslərlə qeyri-ənənəvi müsahibələr alınır.
“Kəndçi qızı”nda respublikada xanım fermerlərin həyatından bəhs olunur.
“Anar təqdim edir”də müəllif indiyə qədər Azərbaycan oxucusuna məlum olmayan ən maraqlı tarixi məqamları araşdırır.
“Sirli Mələk”də dünyanın sirli tərəfləri və ictimaiyyətə məlum olmayan faktlar ortaya çıxarılır.

Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>