Digər
Kreditlərin faizləri aşağı salınacaq
“Gələcəkdə biznes kreditlərinin faiz dərəcələrini birrəqəmli səviyyəyə salmağı hədəfləyirik, Maliyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır”:
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə deputatların sorğularının cavablandırarkən deyib. Əhaliyə verilən kreditlərin faizlərindən söz açan MB rəhbəri deyib ki, əhaliyə verilən kreditlərin orta faizi 2014-cü il üzrə 14,4% təşkil edib: “Biznes kreditləri üzrə faizlər 10,8, istehlak kreditləri üzrə 18 faiz təşkil edir. İstehlak kreditləri həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditləri dedikdə avtomobil kreditləri (14,% ), dövlət hesabına verilən ipoteka kreditləri (4,8 %), bank ipoteka kreditləri (9-10%) nəzərdə tutulur. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə çatır. Çoxlarınızın da istifadə etdiyiniz kredit kartları tam təminatsız sahəyə aiddir. Banklarda hesabınızın olması kredit kartı almağınıza kifayət edir. Ona görə də bu növ kreditlər çox risklidir. Telefonla belə kredir kartı almaq mümkündür”.
Sədr qeyd edib ki, geri qaytarılmayan kreditlərin payı 15-18 faizə çatır: “Kreditlərin faizlərinin yüksək olmasının səbəbi əhalinin öz vəsaitlərini banklara çox yüksək faizlə yerləşdirməsidir. Bu gün banklar daha çox əmanətlərə görə pul ödəyirlər, nəinki özləri faizlərdən qazanc əldə edirlər”.
E.Rüstəmov bildirib ki, Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb. Bununla belə, kreditlərə olan tələbat çoxdur. Buna səbəb isə bazarın təklif bazarı olmaması ilə əlaqədardır: “Bəziləri təklif edir ki, bank faizləri adminstrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır. Bəzi ölkələrdə belə bankların payı 30-50 %-ə çatır. Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasından yanayıq”.
Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr onu da qeyd etdi ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: “Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə nazirliyi ilə bu məsələ ilə bağlı müzakirələr aparılır. Mənzil problemi təxirə salınmış tələbatdır. Bu problem bizə babalarımızdan ötürülmüş problemdir”.
İqtisadiyyat şöbəsi
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ