“Unibank” yeni “Albalı Plus” kartı təqdim etdi
Bizi izləyin

Banklar

“Unibank” yeni “Albalı Plus” kartı təqdim etdi

“Unibank” yeni “Albalı Plus” kartı təqdim etdi

“Four Seasons” otelində “Unibank” yeni “Albalı Plus” kartını təqdim etdi.

Təqdimat mərasimində çıxış edən “Unibank” ASC-nin Marketinq departamentinin direktoru Yevgeniy Soltanov bildirdi ki, “Albalı Plus” kartı MDB məkanında yaradılan ilk kartdır.

Onun sözlərinə görə artıq 6 aydır “Albalı Plus” kartının ərsəyə gətirilməsi barədə düşünülür: “Və nəhayət ki, bunu bacardıq. Bu işdə “Unibank” “MasterCard”- a göstərdiyi dəstəyə görə minnətdarlıq bildirdi”. O da məlum oldu ki, 2013-cü il ərzində təxminən 200 000 “Albalı” kartı satılıb: “İstifadəçiləriçizin sayına görə ”Albalı” adlı şəhər yaratmaq olardı. “Albalı Plus” ilə siz ürəyiniz istəyən məhsul və xidməti ala bilərsiniz.

Daha sonra isə onu sərfəli şərtlərlə və aylar üzrə ödəyə bilərsiniz.Bu kart ilə siz pula ehtiyacınız olduğu halda, qısa müddətdə və çox sərfəli şərtlərlə kredit almaq mümkündür. Bundan başqa “Albalı Plus”karta istədiyiniz məbləğdə vəsait yükləyib, internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı əldə edilə bilər.

Digər üstün cəhəti də kartın eyni zamanda gündəlik faiz gəliri gətirən depozit kartı kimi də istifadəçilərin xidmətində olacaq. Yəni ki, pulunuzu cibinizdə deyil, bu kartda saxlamaqla hər gün üzərinə faiz gəlinməsi təmin olunacaq. Əlbəttə ki, bu karta yığılan faizlər yığım depozitinin faizindən aşağıdır.

Çünki, yığım depozitinə yerləşdirilən əmanəti müəyyən vaxt müddətinə yerləşdirilir. “Albalı Plus”kartına yerləşdirilən vəsaiti isə hər an kartdan götürmək olar”. Qeyd edək ki, “Albalı Plus” kartı dünyanın demək olar ki, bütün ölkələrində istifadə olunacaq.

Bu da o deməkdir ki, artıq o beynəlxalq kartdır. Məlumat üçün bildirək ki, kartı hər bir 20-65 yaş arası Azərbaycan vətəndaşı iş yerindən arayış və şəxsiyyət vəsiqəsini təqdim etməklə, ödənişsiz əldə edə bilər.

Leyla

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm