ARDNŞ bu il Gürcüstanda 20 mindən çox abonenti qazla təmin edəcək
Bizi izləyin

Banklar

ARDNŞ bu il Gürcüstanda 20 mindən çox abonenti qazla təmin edəcək

"SOCAR Energy Geprgia"nın törəmə şirkəti olan "SOCAR Georgia Gas" 2014-cü ilin sonunadək Gürcüstanda 750 kilometrlik qaz kəməri çəkəcək və 22 min yeni abonenti qazla təmin edəcək.

"SOCAR Energy Geprgia"nın törəmə şirkəti olan "SOCAR Georgia Gas" 2014-cü ilin sonunadək Gürcüstanda 750 kilometrlik qaz kəməri çəkəcək və 22 min yeni abonenti qazla təmin edəcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı xəbərdə deyilir.

"SOCAR Energy Geprgia" ARDNŞ-nin Gürcüstandakı maraqlarını təmsil edir.

"SOCAR Georgia Gas" şirkəti 2013-cü ildə Gürcüstanda 1179 kilometrlik yeni qaz kəməri çəkib və 37500 abonenti təbii qazla təmin edib.

Məlumata görə, "SOCAR Georgia Gas" 2009-cu ildən Gürcüstanda 4 min kilometrlik qaz kəməri çəkib və 188 mindən çox abonenti təbii qazla təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm