Ögey oğlunu zorlayıb, öldürdü və meşəyə atdı - TÜKÜRPƏDƏN QƏTL
Bizi izləyin

Cinayət dünyası

Ögey oğlunu zorlayıb, öldürdü və meşəyə atdı - TÜKÜRPƏDƏN QƏTL

36 yaşlı şəhər sakini ögey oğlunu öldürməkdə şübhəli bilinərək, həbs olunub.

Rusiyanın Domodedovo şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com "Komsomolskoy pravda" qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı şəhər sakini ögey oğlunu öldürməkdə şübhəli bilinərək, həbs olunub.

Bununla bağlı istintaq komitəsinin nümayəndəsi Yelena Fokina məlumat verib. Onun sözlərinə görə, Yuri Listyev adlı şəxs qeyri-rəsmi nigahda yaşadığı Svetlana adlı qadının 8 yaşlı oğlunu qətlə yetirdiyini etiraf edib: "O, azyaşlıya qarşı evdə cinsi zorakılıq edib. Daha sonra onu boğaraq öldürüb və şəhər yaxınlıqdakı meşəyə atıb".

Qonşular Yuri və Svetlana arasında tez-tez mübahisələrin baş verdiyini bildiriblər. Onlar qeyd ediblər ki, Yuri həm də spirtli içki aludəçisi olub. Faktla bağlı araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm