Cinayət dünyası
Cinayət dünyasından millət vəkilliyinə gələn qadın - “Quldurlar kraliçası” - FOTOLAR
Çox vaxt qəddar döyüşlər, qanlı intiqamlar kişilərlə əlaqələndirilsə də, bu fikirləri alt-üst edəcək qadınlar da var. Bu məqalədə həmin qadınlardan biri olan Phulan Devi haqqında danışacağıq.
1963-cü ildə Hindistanın Calaun mahalında dünyaya gələn Phulan Devi siyasi xadim idi.
O, iki dəfə Hindistan parlamentində aşağı kastalarla, toxunulmazları təmsil edib.
Phulan Devi həm də “Quldurların kraliçası” kimi də tanınır. Belə ki, 11 yaşında ərə verilmiş, sonra isə ərini boşanmağa vadar etmişdi. Bundan bir neçə il sonra quldurlar tərəfindən oğurlanan Phulan əsl sevgisi Vikram Mallahı da burada tapmışdı. Amma aşiqlərin xoşbəxtliyi çox sürməmişdi. Quldurlar dəstəsinin içində çıxan mübahisələr sonra Vikram öldürülmüş, Phulan isə yenidən əsirə çevrilərək bir neçə dəfə zorlanmışdı.
Bir neçə həftə sonra əsirlikdən qaçan Phulan azsaylı adamları toplayaraq yeni bir dəstə yaratmış və sevgilisinin səhvlərini təkrar etməmək üçün dəstəyə ancaq öz kastasından olanları qəbul etmişdi. Phulan Devini gördüyü işlərə görə yerli Robin Hud da anlandırırdılar. O, yuxarı kastalardan olan şəxsləri qarət edir və qəniməti kasıblarla bölüşürdü.
17 ay sonra Behmay kəndinə qayıdan Phulan sevgilisinin qatilini və onu zorlayanları tələb edir. Deyilənlərə görə, o, yalnız iki nəfəri tapa bilmiş və əsəbindən kəndin bütün gənc oğlanlarını güllələməyi əmr etmişdi. Nəticədə 22 adam öldürülmüşdü. İki il sonra polisə təslim olmaq məcburiyyətində qalan Phulan Devi 11 il məhbus həyatı yaşadıqdan sonra siyasi fəaliyyətinə başlamışdı. Onun 2001-ci ildə məhz törətdiyi cinayətlərin intiqamı olaraq öldürüldüyü düşünülür.
Hindistan KİV-i Phulan Devinin quldurluq fəaliyyətini gizlətməyə çalışsa da, onun həyatı haqqında “Quldurlar kraliçası” adlı film də çəkilib.
Ulucay Akif
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO