FTB: “İŞİD-lə əlaqəsi yoxdur”
Bizi izləyin

Dünya

FTB: “İŞİD-lə əlaqəsi yoxdur”

ABŞ-ın Federal Tədqiqat Bürosu (FTB) Tennesi ştatında hərbi obyektlə atəş açan terrorçu ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, atəş nəticəsində 4 adam həlak olub, 3 nəfər yaralanıb. Atəş açan şəxs - 24 yaşlı ABŞ vətəndaşı, əslən küveytli olan Məhəmməd Yusid Əbdüləziz isə öldürülüb. Hadisədən dərhal sonra FTB onun İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırıb. Onun 2014-cü ildə İordaniyaya 7 aylıq səyahət etməsi şübhə doğurmuşdu.

Lakin araşdırmalar göstərib ki, Məhəmməd Yusif Əbdüləzizin “İslam Xilafəti” ilə heç bir əlaqəsi yoxdur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm