500-dən çox insanın həyatını xilas edən adam - FOTOLAR
Bizi izləyin

Dünya

500-dən çox insanın həyatını xilas edən adam - FOTOLAR

Yaponiyalı Yukio Şiqe keçmiş polis işçisidir və karyerasını başa vuraraq həyatını intihar etmək istəyənlərin xilas olunmasına sərf edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 70 yaşlı Yukio Şiqe son 11 ildə 500-dən çox insanın həyatını xilas edərək fikrindən daşındırıb.

Qeyd edək ki, Yaponiya intihar edənlərin sayına görə dünyada birinci sıradadır. O, təqaüdə çıxdıqdan sonra intihara cəhd göstərənlərin ən çox üz tutduğu Tohinbo qayalığına nəzarət edir. Yukio bir neçə könüllü ilə qayalığa gedərək intihar etmək istəyənləri güdür və onları bu əməldən döndərmək üçün danışıqlar aparır.

O bu xeyrxah işə yaxın dostu intihar etdikdən sonra başlayıb.

“Dostum icarəyə götürdüyü avtomobillə okean sularına qərq oldu. İntihar etmək istəyən hər bir insan son anda xilas olunmaq istəyir. Ona görə də biz insanları xilas edərək onların yaşaması üçün ikinci şans veririk”, - Siqe vurğulayıb .

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm