Şəhər yanğına təslim oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Şəhər yanğına təslim oldu - FOTOLAR

Kanadanın Albert əyalətinin Fort MakMürrey şəhəri tamamilə alovlara təslim olub.

Publika.az “Reuters” agentliynə istinadən xəbər verir ki, şəhərin 80 minlik sakini günlərdir nəzarət altına alınması mümkün olmayan meşə yanğınları şəhərə keçdiyi üçün təxliyyə olunur.

Meşə yanğınları ötən həftə başlayıb. Fort MakMürrey şəhərinin xilasetmə şefi Darbi Allen meşə yanğınlarının şəhəri tamamilə təsiri altına aldığını deyib. Şəhərin Beykon Hill və Kentenial Trayler Park məhəllələrindəki evlər tamamilə yanıb. Allen yanğının sürətlə yayılmasına havanın 30 dərəcəyə çatan temperaturu, quru hava və küləyin səbəb olduğunu bildirib.

“Air Canada” başda olmaqla, bütün hava yolu şirkətləri şəhərə uçuşları ləğv edib. Xəstəxanalarda yatan xəstələr dünən çıxarılıb. Şəhər rəhbərliyi əhaliyini evlərini tərk etməyə çağırıb.

Yanğın söndürülməsinə onlarla vertolyot, yüzlərlə xilasedici, hərbi birliklər və könüllülər qatılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm