“Rusiya” adını “Katsapiya” ilə dəyişdirin!” – Prezidentə müraciət
Bizi izləyin

Dünya

“Rusiya” adını “Katsapiya” ilə dəyişdirin!” – Prezidentə müraciət

Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında “Rusiya Federasiyası” adının dəyişdirilməsi təklifi ilə müraciət yerləşdirilib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, müraciəti yerləşdirən şəxs “Katsapiya” adını təklif edib.

“Bütün sənədlərdə “Rusiya Federasiyası”nın əvəzinə “Katsapiya” adından istifadə etmək lazımdır. Necə varsa, elə də demək lazımdır”, - müraciətin müəllifi yazıb.

Qeyd edək ki, fevral ayında Ukraynanın Ali Radasının gündəliyinə “Rusiya Federasiyası” adının əvəzinə “Moskoviya” adını nəzərdə tutan qanun layihəsi daxil edilib.

Martın sonunda Poroşenkonun saytında müraciəti yerləşdirən şəxslər isə Ukraynanın adının “Kiyev Rusiyası” ilə dəyişdirməyi xahiş ediblər.

Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən müraciətlər 92 gün ərzində 25 min imza ilə dəstəklənərsə, onlara dövlət başçısı tərəfindən baxılır. Lakin bu, həmin müraciətlərin mütləq bəyənilməsi demək deyil. Müraciətlərə qanunilik və onların tətbiq edilməsinin məqsədəuyğunluğu nöqteyi-nəzərindən baxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm