“Krımı adaya çevirək”- Poroşenkoya təklif
Bizi izləyin

Dünya

“Krımı adaya çevirək”- Poroşenkoya təklif

Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında Krım yarımadasının adaya çevirməyə çağıran müraciət yerləşdirilib.

Publika.az xəbər verir ki, müraciətdə yarımadanın süni kanalın köməyi ilə materik hissədən ayrılması təklif edilir.

“İndi işğal edilmiş ərazinin blokadasının sərtləşdirilməsi üçün bütün səyləri göstərməliyik. Məhz süni kanalın köməyi ilə Krım yarımadasını materikdən ayırmaq olar. Materikə qurudan giriş bağışlanmaz cah-cəlaldır. Biz onu təcavüzkara verə bilmərik”, - müraciətdə deyilir.

Müraciətdə qeyd edilir ki, gələcəkdə bəzi çətinliklərə baxmayaraq, Krım Ukraynanın tərkibinə qayıdacaq. İdeyanın müəllifi bildirir ki, kanaldan Azov və Qara dənizləri arasında sürətli dəniz nəqliyyatı üçün istifadə etmək mümkün olacaq. Onun sözlərinə görə, kanal Kerç boğazından yan keçməklə Mariupol limanından dünya okeanına gəmilər üçün yol açacaq.

Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən müraciətlər 92 gün ərzində 25 imza ilə dəstəklənərsə, onlara dövlət başçısından baxılır. Müraciətlərə qanunilik və onların tətbiq edilməsinin məqsədəuyğunluğu nöqteyi-nəzərindən baxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm