Dünya
Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı - FOTO/VİDEO
Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti
üzrə Baş İdarəsinin mətbuat xidməti “qanuni oğru” Rövşən
Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən
cinayətkar qruplaşmanın saxlanılmasını əks etdirən video
yayıb.
Mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda
pul və əmlak ələ keçirməklə məşğul olub.
“Qanuni oğru”nun adamları yığıncaq üçün Nijni Tagilə
toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın
edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət
göstəriblər. Etnik cinayətkar qruplaşmanın üzvləri bunlardır: Xıdır
Q. 1970-cı il təvəllüdlü, İlkin A. 1995-ci il təvəllüdlü, Orxan M.
1992-ci il təvəlüdlü, Asim A. 1994-cü il təvəllüdlü, Telman B.
1987-ci il təvəllüdlü. Bunların hər biri barəsində həbs qətimkan
tədbiri seçilib.
Darmadağın edilən cinayətkar dəstənin fəaliyyətindən yerli
sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini
çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan
biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən
hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. (modern.az)
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ