Gürcüstandakı azərbaycanlılar xristianlaşdırılır – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Gürcüstandakı azərbaycanlılar xristianlaşdırılır – ŞOK FAKTLAR

Gürcüstanda yaşayan azərbaycanlılar xristianlaşdırılır – ŞOK FAKTLAR

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə müsəlman əhalinin gizli formalarda xristinalaşdırılması təbliğatı həyata keçirilir. Bu barədə Publika.Az-a yerli sakinlər məlumat veriblər.

Məlumata görə, son zamanlar Gürcüstanda müsəlmanların kompakt yaşadıqları bölgələrə gəlmiş ABŞ və Böyük Britaniyadan olan missionerlər yerli sakinlər arasında təmənnasız olaraq fars və ərəb əlifbasına tərcümə edilmiş xristianlıqdan və İsa peyğəmbərin həyatından bəhs edən video materiallar, eləcə də “İncil” kitabını yaymaqla məşğul olurlar.

Məlumata görə, təbliğat aparan missionerlər arasında erməni mənşəli şəxslər də mövcuddur: “Təbliğ olunan dini ədəbiyyatlarda əsasən xristian dininə çağırışlar və dünya müsəlmanlarının əksəriyyətinin guya İslam dinindən imtina edərək xristian dini qəbul etmələri barədə bildirişlər yayılıb”.

Publika.Az olaraq sözügedən məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm