Ukrayna Kramatorskda hərbi əməliyyatlara başladı
Bizi izləyin

Dünya

Ukrayna Kramatorskda hərbi əməliyyatlara başladı

Ukrayna ordusu Kramatorskda separatçıların müqavimətinə baxmayaraq anti-terror əməliyyatlarını davam etdirirlər.

Ukrayna ordusu Kramatorskda separatçıların müqavimətinə baxmayaraq anti-terror əməliyyatlarını davam etdirirlər.

Bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov "Facebbok" sosial səhifəsində yazıb.

“Kramatorskda terrorçuların güclü atəşi altında Kramatorska tərəf irəliləyirik. Döyüş gedir”, - deyə Avakov yazıb.

Bundan başqa Avakov bildirib ki, terrorçulara qara forma geyinmək və dinc əhaliyə atəş açmaq tapşırığı verilib:

“Kramatorsk və Slavyanskın bütün sakinlərdən xahiş edirəm ki, küçəyə çıxmasınlar. DİN xüsusi təyinatlılara təxribatları ləğv etmək komandası verib”. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm