Dünya
Qərbin hegemonluğuna son qoyuldu: Türkiyə, Çin və Rusiya... - FAKTLAR
Qərb bir sıra müdafiə sahələrində lider mövqeyini itirib və “ekspedisiya aviasiyası”nın istifadəsində artıq monopoliyaya malik deyil.
Publika.az xəbər verir ki, bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun London bölməsi tərəfindən 2016-cı illə bağlı hazırladığı məruzədə deyilir.
Məruzədə qeyd edilir ki, paralel olaraq, bir çox ölkələr hərbi sənaye sahəsində ciddi irəliləyişə nail olublar. Təşkilat Rusiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə kimi ölkələrin adlarını çəkib.
ABŞ 2016-cı ildə də müdafiə sahəsinə ayrılan vəsaitə görə liderliyinin saxlayıb.
Dünyanın super hərbi gücü ötən il müdafiəyə 604,6 milyard dollar ayırıb. Digər ölkələr isə siyahıda aşağıdakı kimi qərarlaşıb.
Çin - 145 milyard dollar
Rusiya – 58,9 milyard dollar
Səudiyyə Ərəbistanı – 56,9 milyard dollar
Böyük Britaniya – 52,5 milyard dollar
Hindistan – 51,1 milyard dollar
Yaponiya – 47,3 milyard dollar
Ekspertlər Çini silahların yaradılmasında yeni lider hesab
edirlər.
“Çinin irəliləməsi göstərir ki, müasir silahların yaradılmasında Qərbin hökmranlığına artıq zəmanət verilməyib. Qərbin hərbi və texnologiya üstünlüyü indi çağırışlarla qarşılaşır. Bir sıra sferalarda, xüsusi halda hərbi aviasiyada Çin Qərblə praktik olaraq paritetə nail oldu. Bundan başqa, Pekin hazırda dünya bazarlarında özünün müasir silah sistemlərini təklif edir. Müasir silahların yayılması riski Qərb ölkələri tərəfindən həyata keçirilən hərbi əməliyyatların çətinlik səviyyəsini yüksəldir”, - deyə məruzədə bildirilir.
Ömər Dağlı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq












.jpg)













.jpg)





.jpg)




