Dünya
İrəvan “İsgəndər” raketlərinin kodlarından danışdı
“Ötən il Rusiya tərəfindən verilmiş “İsgəndər” raket kompleksləri Ermənistan silahlı qüvvələrinə aiddir və onları xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edirlər”.
Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan vəziyyətin inkişafından asılı olaraq “İsgəndər”in tətbiqi haqqında qərar qəbul edəcək.
Qeyd edək ki, “İsgəndər” raket kompleksi ilk dəfə ötən il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 ildönümünün şərəfinə İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilib. Ancaq, bəzi məlumatlara görə, onlar Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil edilib və ötən ilin aprelində Dağlıq Qarabağda “dördgünlük müharibə” zamanı döyüş hazırlığı vəziyyətinə gətirilib.
Daha sonra bəzi KİV-lər iddia etdilər ki, raket kompleksləri əvvəlki kimi Rusiyaya aiddir.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 11-də “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində Ermənistandakı “İsgəndər” raket komplekslərindən danışıb. Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus “İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi açıq qalıb.
Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğuna toxunan Məmmədyarov bunun Moskva və İrəvanın öz işi olduğunu, lakin Bakının bunu hər zaman nəzərə aldığını deyib.
Ömər Dağlı
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
















.png)















