Terror təşkilatı sərhəddə canlı qüvvə toplayır - QİYAMƏT QOPACAQ
Bizi izləyin

Dünya

Terror təşkilatı sərhəddə canlı qüvvə toplayır - QİYAMƏT QOPACAQ

PKK İraqdan canlı qüvvənin gətirilməsi üçün “Haşdi Şabi”nin nəzarət etdiyi ərazidən istifadə edir.

PKK terror təşkilatı Əl-Babdan sonra “Fərat Qalxanı” hərəkatının növbəti hədəfi olan Münbiç şəhərinə silah-sursat və canlı qüvvə toplamağa başlayıb.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, PKK-nın şəhərdə möhkəmlənməsinə İranın dəstəklədiyi “Haşdi Şabi” şiə təşkilatı da yardım edir.

Hazırda Ankara və Vaşinqton arasında Rakka əməliyyatı ilə bağlı müzakirələr aparılır. Müzakirələrdə əsas məsələ əməliyyat üçün hansı marşrutdan istifadə edilməsidir. Bu marşrutlardan biri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarət etdiyi Münbic, digəri isə Türkiyə ordusu və Azad Suriya ordusunun bir neçə gün əvvəl İŞİD-dən təmizlədiyi Əl-Babdır. Lakin Münbic üzərindən Rakkaya gedən yol daha qısadır. Martın 10-na kimi hansı marşrutdan istifadə edilməsinə dair dəqiq qərarın veriləcəyi gözlənilir.

Türkiyə isə hansı marşrutun seçilməsindən asılı olmayaraq, Münbiç və Karakoçak bölgəsinə qarşı əməliyyat keçirəcəyini açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər istənilən şərtlərdə Münbiçin PYD-dən təmizlənəcəyini dəfələrlə dilə gətirib.

Türkiyə tərəfindən Əl-Babdan sonra növbəti hədəfin Münbic olması açıqlandıqdan sonra PKK/PYD Avropa ölkələri, Rusiya və Amerikalı səlahiyyətliləri ilə görüşlərə başlayıb. Digər tərəfdən isə, terror təşkilatı bölgədə hərbi baxımdan möhkəmlənməyə başlayıb. PKK bir tərəfdən Qəndil və Şengaldan canlı qüvvəni Münbicə gətirir, digər tərəfdən isə bölgədə 18-35 yaş arasındakı gəncləri silahlandırır.

Məlumata görə, PKK İraqdan canlı qüvvənin gətirilməsi üçün “Haşdi Şabi”nin nəzarət etdiyi ərazidən istifadə edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm