Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR
Bizi izləyin

Dünya

Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

"Mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir".

“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır:

“Rakka İŞİD-in ən böyük müqavimət meydanıdır. Motivasiyası isə hələ də çox yüksəkdir. Əl-Bab və Mosul əməliyyatları da bunu sübut edir. İŞİD İraq ordusunun 6 diviziyası və Suriya ordusundan ələ keçirdiyi konvansionel silahlarla, həmçinin digər mənbələrdən ona verilən və öz imkanları ilə istehsal etdiyi silahlarla varlığını böyük ölçüdə qoruyub saxlayır”.

Abdullah Ağar bildirir ki, gizlədilsə belə, yalnız Mosul əməliyyatında İraq ordusu və peşmərgə (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri –red) güclərinin itkiləri minlərlə ölçülür: “Haşdi Şabi” təşkilatının cansız bədənləri meyitxanalar və soyuduculara sığmır. Və bütün bunlar İŞİD-in gücü və əlindəki silahlarla bağlıdır”.

Mütəxəssis qeyd edir ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakkada vəziyyət tamamilə fərqli və mürəkkəbdir:

“ABŞ bu işi Demokratik Suriya Gücləri (DSG) adlandırdığı YPG/PKK ilə edə biləcəyinə inansa, Türkiyənin qapısını bir dəfə olsun belə döyməzdi. ABŞ hansı çətinliklə qarşı-qarşıya olduğunu çox yaxşı bilir. Artıq ssenarilər havada uçuşur. YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə isə Türkiyə üçün böyük tələlər var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm