Dünya
İsrail İranı bu ölkə ilə birlikdə məhv etmək istəyir – İTTİFAQ TƏKLİFİ
İsrail Səudiyyə Ərəbistanına NATO nümunəsi üzrə Yaxın Şərqdə ittifaqın yaradılmasını təklif edir.
Publika.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Tehran yəhudi dövləti üçün ən ciddi təhlükədir.
Libermanın sözlərinə görə, loyal sünni dövlətləri İsrail, sionizm və ya yəhudilərin deyil, İranın ən ciddi təhlükə yaratdığını anlayıblar. Nazir loyal sünni dövlətlərə Körfəz ölkələrini, ilk növbədə Səudiyyə Ərəbistanını aid edib.
“NATO-ya baxın. İttifaq o prinsipə əsaslanır ki, hər ölkə digər üzv ölkəni müdafiə etməyə hazırdır. Mən düşünürəm ki, ərəb dövlətləri sağ qalmaq üçün İsrailə daha çox ehtiyac duyur”, - o deyib.
Nazirin sözlərinə görə, İsrail texnologiyalarla ərəb ölkələrinə kömək edə bilər:
“Onlarda bizdə olan analoji güclər yoxdur: nə terrorizmlə mübarizə sahəsində, nə hərbi planda, nə elmi araşdırmalar sahəsində”.
Ömər Dağlı
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı




















.png)
















