• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Tammiqyaslı müharibə anonsu: Bu, Moskva üçün ÖLDÜRÜCÜ OLACAQ

  • Dünya
  • 1 Mart 2017 15:22
  • 2 511 Baxış
Tammiqyaslı müharibə anonsu: Bu, Moskva üçün ÖLDÜRÜCÜ OLACAQ

“Qərbin Rusiyaya qarşı sanksiyalarının zəiflənməsi gözlənilmir. Rusiyanın əsl iqtisadi blokadası hələ başlanmayıb”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya politoloqu, siyasətçi Andrey Piontkovskiy deyib.

“İqtisadi blokada hələ başlanmayıb. İqtisadi blokada Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması, həmçinin Rusiya elitasının on milyardlarla dollar aktivinə həbslərin qoyulması ilə başlanacaq. Bu, Rusiya iqtisadiyyatını tamamilə dayandıracaq. Sanksiyaların heç bir zəiflədilməsi olmayacaq. Yalnız gücləndirilmə mümkündür. Bu, hazırda ABŞ Konqresində müzakirə edilir”, - deyə politoloq vurğulayıb.

Piontkovskiy hesab edir ki, ABŞ tərəfindən Ukraynaya siyasi və maliyyə dəstəyi dayandırılarsa, Kiyev üçün vəziyyət daha da çətinləşəcək:

“Qərbin dəstəyi çox əhəmiyyətlidir, bu ağılsız ideyaya (ABŞ-ın Ukraynaya siyasi və maliyyə dəstəyinin dayandırması –red.) əsas müqaviməti Ukraynanın özü göstərməlidir. ABŞ-ın dəstəyi dayandırılarsa, sizin üçün daha çətin olacaq. Amma bu o demək deyil ki, Ukrayna Rusiyanın təsiri sahəsində olacaq”.

Qeyd edək ki, Qərbdə Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılmasının bu ölkəyə qarşı ən böyük zərbə olacağını hesab edirlər.

Dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Bu banklararası sistemin köməyi ilə il ərzində təxminən 4 milyard əməliyyat həyata keçirilir. Hansısa bir ölkənin sistemə girişini bağlamaqla, onun iqtisadiyyatını çökdürmək olar.

ABŞ hökuməti 2001-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərmiş və istədiyini almışdı. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi isə ABŞ-ın ən böyük müvəffəqiyyəti olub. Nəticədə, bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşüb.

ABŞ-ın bəzi rəsmiləri də Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacağına ümid edir. “ABŞ Ukrayna məsələsində əvvəlki kimi diplomatik həllə üstünlük verir. Amma bu variant hələ lazımlı effekt verməyib. Başqa yola gəlincə, bizim Rusiyaya təsir imkanlarımız hələ bitməyib”, - Dövlət Administrasiyasındakı mənbə bildirib.

O, bunun Rusiya üçün çox ağrılı olacağını deyib.

Hələ 2015-ci ildə Rusiyanın “VTB” Bankının prezidenti Andrey Kostin bildirib ki, maliyyə sanksiyalarının tətbiqi, o cümlədən Rusiya banklarının SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırılması yolverilməzdir və bu tammiqyaslı müharibəyə gətirib çıxara bilər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>