Yeni Ukrayna yaradılır, paytaxt dəyişir, Yanukoviç prezident olur - Putinin QORXUNC PLANI
Bizi izləyin

Dünya

Yeni Ukrayna yaradılır, paytaxt dəyişir, Yanukoviç prezident olur - Putinin QORXUNC PLANI

“Rusiyanın son 25 ildə Ukrayna barəsində strategiyası dəyişmədi. Strategiyanın hədəfi əvvəlki kimi Kiyevin Avropa seçiminin qarşısını almaq üçün Ukraynanı özünə tabe etməkdir”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya politoloqu, siyasətçi Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Moskva Ukrayna ilə öz münasibətlərində taktikanı açıq-aydın dəyişdirir.

“2014-cü ildə “rus dünyası” və “Novorossiya” planları uğursuzluğa düçar oldu. Bundan sonra aydın oldu ki, Moskva Ukrayna ilə tammiqyaslı müharibə aparmağa qadir deyil. Kreml daha əvvəl Donbasın işğal edilmiş ərazilərinin Ukraynaya aid olduğunu qeyd edirdi. İndi isə Donetsk və Luqansk “respublikalar”ının sənədlərini tanıyıb və Donbas iqtisadiyyatının oriyentasiyası Rusiya istiqamətində dəyişdirilir. Moskva Donbasın zəbt edilməsinə getməyəcək, çünki bu, onun üçün əlverişsizdir. Buranın onun ərazisi olduğunu elan etmək bütün dünya ilə münasibətləri kəskinləşdirmək deməkdir. Siyasi planda bu hətta Ukrayna üçün daha əlverişli olardı”, - Piontkovskiy qeyd edib.

Politoloqun sözlərinə görə, Kremlin Donbasın ərazisinin əsl Ukrayna elan etməsi də mümkün variantdır:

“Bu varianta əsasən Yanukoviçlə Azarov müvafiq olaraq Ukrayna prezidenti və baş naziri elan ediləcək, müvəqqəti paytaxt isə Donetsk olacaq. Bu halda Ukraynanın bütün qalan, yəni 95 faiz ərazisi “terrorçular və üsyançılar tərəfindən tutulmuş hissəsi” elan ediləcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm