Türkiyə bu əraziləri özünə birləşdirmək istəyir - İDDİA
Bizi izləyin

Dünya

Türkiyə bu əraziləri özünə birləşdirmək istəyir - İDDİA

“Türkiyə Hələb, Münbiç, Cerablus və Şehbanı özünə birləşdirmək istəyir”.

“Türkiyə Hələb, Münbiç, Cerablus və Şehbanı özünə birləşdirmək istəyir”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu PYD terror təşkilatının da daxil olduğu "Demokratik Suriya Məclisi"nin rəhbəri Rezan Hiddo deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan 1920-ci il “Misaki-milli”nin sərhədlərindən özü danışıb. Türkiyə davamlı şəkildə “Misaki-Milli”nin sərhədlərindən bəhs edir. Türkiyə qısa müddət əvvəl Əl-Babda hərbi baza qurub. Azez yaxınlığında da baza qurulub. Türkiyə Hələb, Münbiç, Cerablus və Şehbanı özünə birləşdirmək istəyir. Bu, Türkiyənin layihəsidir”, - o bildirib.

Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. “Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.

Türkiyə prezidenti 2016-cı ilin oktyabrında yeni təhlükəsizlik strategiyanı açıqlayıb. Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.

“'Biz 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayışı vardır. Bu səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”, - Türkiyə prezidenti qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm