Separatçılar Putinə qulaq asmadı
Bizi izləyin

Dünya

Separatçılar Putinə qulaq asmadı

Separatçılar Putinə qulaq asmadı

Ukraynanın Donetsk vilayətindəki seperatçılar Rusiya prezidentinin çağırışına mənfi cavab verib.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası”nın rəhbərlərindən biri Andrey Purqin vilayət deputatlarının 11 May tarixinə təyin olunan referendumu təxirə salmaqdan imtina etdiyini bildirib.

Onun sözlərinə görə, müvafiq qərar bu gün Donetsk vilayət şurasının toplantısında yekdilliklə qəbul edilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 11 May tarixində Ukraynanın şərqində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun təxirə salınmasına çağırış edib. A.Purqin isə referendumun keçirilməsi üzrə prosesi dayandıra bilməyəcəklərini deyib.

Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy terrorçuluğa qarşı əməliyyatların istənilən halda davam edəcəklərini bildirib. “Terrorçuluğa qarşı əməliyyat diversantlar və terrorçuların digər qrupların qərarlarından asılı olmayaraq davam edəcək” – o, vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm