Çavuşoğludan SƏRT CAVAB: “Siz adam kimi...” - - VİDEO
Bizi izləyin

Dünya

Çavuşoğludan SƏRT CAVAB: “Siz adam kimi...” - - VİDEO

Türkiyə toplantıların ləğv edilməsinə çox sərt reaksiya verib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ədliyyə naziri Bəkir Bozdağın və iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada keçirməyə planlaşdırdıqları toplantıların ləğv edilməsinə çox sərt reaksiya verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir Almaniyaya çox sərt cavab veriləcəyini deyib.

“Terrorçulara icazə verilməsi, prezidentimizə və nazirlərimizə isə icazə verilməməsi Avropadakı ikili standartları göstərir. Bu cür hücumlar Almaniya dərin dövlətinin sistematik fəaliyyətinə çevrilib. Deyirlər ki, türk nazirlər Almaniyaya gedəndə öz həmkarları ilə görüşmək məcburiyyətindədirlər. Siz türk nazirlərlə görüşmək istəyirsinizsə, bunu adam kimi bildirin. Köhnə Türkiyə artıq yoxdur. Siz müdir deyilsiniz. Türkiyə ilə bir partnyor kimi davranmağa məcbursunuz”, - türkiyəli nazir bildirib.

O, 80 milyon Türkiyə vətəndaşının Almaniyanın davranışını qəbul etməyəcəyini vurğulayıb.

Ədliyyə naziri Bekir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada keçirməyə planlaşdırdıqları toplantıların ləğv edilməsindən sonra Almaniyanın Türkiyədəki səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik rəsmisi Mehmet Kemal Bozay tərəfindən qəbul edilən Martin Erdmanna Türkiyənin duyduğu narahatlıq çatdırılıb.

Səfir Martin Erdmanna iki nazirin keçirəcəyi toplantıya icazə verilməməsinin demokratik və hüquqi dövlət prinsiplərinə uyğun gəlməyən fakt kimi ifadə azadlığına zidd bir davranış olduğu bildirilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm