Kremllə gerçəkləşdiriləcək MÜHARİBƏ PLANI: 48 saat vaxt veriləcək
Bizi izləyin

Dünya

Kremllə gerçəkləşdiriləcək MÜHARİBƏ PLANI: 48 saat vaxt veriləcək

Ankaranın planı artıq hazırdır.

Suriyanın Münbic şəhərini YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.) təmizləməkdə israrlı olan Ankaranın planı artıq hazırdır.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Ankara əməliyyatın keçiriləcəyi barədə mesajı həm Vaşinqtona, həm də Moskvaya çatdırıb.

Martın 10-dan sonra başlayacağı deyilən Münbiç əməliyyatının detalları məlum olub.

“Mehmetcik” Çobanbey və Karkamış xətti üzərindən hərəkət edəcək. İŞİD terror təşkilatının Əl-Baba yeni hücum ehtimalını nəzərə alan Türkiyə Münbiç əməliyyatını sərhəddə hazır vəziyyətdə saxlanılan fərqli birliklərlə həyata keçirəcək. Əməliyyata 2500 müxalifət döyüşçüsü də qatılacaq.

ABŞ Münbiçdə YPG-nin yanında yer alsa belə, əməliyyat planı dəyişdirilməyəcək.

Ankara eyni zamanda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədəki fəaliyyətini də yaxından izləyir. Amerikalılarla aparılan son danışıqlarda da Münbiç və ətraf bölgədə ABŞ əsgərlərinin varlığından narahatlıq ifadə edilib.

YPG-yə qarşı genişmiqyaslı əməliyyatın başlamasından 48 saat əvvəl ABŞ əsgərlərinə bölgəni tərk etmələri üçün xəbərdar ediləcək. Təhlükəsizlik güclərinin əldə etdiyi məlumatlara görə, Münbiçin cənub-şərqindəki Tişrin anbarının ətrafında 91 ABŞ əsgəri var. ABŞ-ın bölgədəki kəşfiyyat heyətində isə 20 nəfərin olduğu təxmin edilir. ABŞ əsgərlərinin əksəriyyəti isə Kobani-Kamışlı xəttindədir.

Türkiyə prezidenti isə martın 10-da Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Moskvaya gedir. Rusiya prezidenti Vladimir Putinlə görüşdə həm Münbiç, həm də Suriyanın gələcəyinə dair əhəmiyyətli qərarlar qəbul ediləcək. YPG-yə qarşı əməliyyatın da Ərdoğan-Putin görüşündən sonra başlanması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm